SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Politoloq AŞPA-nın hesabatı barədə: Azərbaycana hər hansı təsiri yoxdur

© Sputnik / STRMübariz Əhmədoğlu, politoloq
Mübariz Əhmədoğlu, politoloq - Sputnik Azərbaycan
Abunə olmaq
Politoloq Mübariz Əhmədoğlu deyir ki, digər Cənubi Qafqaz ölkələrində insan hüquqlarına qəsd olunur, amma Avropa təşkilatları bunu görmür
Mübariz Əhmədoğlu: “Azərbaycanda nəsə dəyişəsi deyil”

“Bu hesabat ədalətli deyil və biz belə bir sənədi qəbul etməyəcəyik”. Bunu Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov qurumun qış sessiyası zamanı Azərbaycanda siyasi məhbuslara dair hesabatın müzakirəsi zamanı bildirib.

Politoloq Mübariz Əhmədoğlu Sputnik Azərbaycan-a deyir ki, tək AŞPA deyil, bir sıra başqa təşkilatlar da Azərbaycana qarşı hazırladıqları hesabatları Ermənistanın arzuladığı kimi qurur:

“Bizimlə qonşu olan digər Cənubi Qafqaz ölkələrində insan hüquqlarına qəsd olunur, amma Avropa təşkilatları bunu görmür. Bütün bu hesabatların Azərbaycana hər hansı təsiri yoxdur. Bununla Azərbaycanda nəsə dəyişəsi deyil. Azərbaycanın özünəməxsus idarəetmə sistemi və milli maraqları var”

Xəbər lenti
0