Müzakirədə “Bakı Tekstil Fabriki” MMC-nin sədri Səkinə Babayeva, Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Nadir İsrafilov, Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov və Təhsil Nazirliyi yanında İctimai Şuranın məsul katibi İlqar Orucov iştirak ediblər.
Təhsil Nazirliyi Azərbaycanın bütün məktəblilərinin 2020-2021-ci tədris ilindən etibarən geyəcəyi məktəbli formasının bir neçə variantını hazırlayıb və onların eskizləri ictimai müzakirəyə çıxarılıb. Bu gün müzakirənin son günü hesab edilir. Tikilən formalar keyfiyyətlidirmi? Bütün məktəb formalarının eyni olması labüddürmü? Bütün formalar bir fabrik tərəfindən tikilməlidirmi? Bu sualların cavablarını ekspertlərin şərhlərini dinləməklə öyrənəcəksiniz.