BAKI, 31 yanvar — Sputnik. Göygöl rayonunda xəsarət və ölümlə nəticələnən yol qəzası baş verib.
Sputnik Azərbaycan "Report"a istinadən bildirir ki, hadisə Gəncə-Daşkəsən avtomobil yolunun Göygöl rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Yeni Qızılca kəndində "Ford" markalı mikroavtobus idarəetmədən çıxaraq aşıb. İlkin məlumata görə, qəza nəticəsində ölən və yaralananlar var. Hadisə yerinə təcili tibbi yardım briqadası və Dövlət Yol Polisi əməkdaşları cəlb ediliblər.
APA-nın məlumatına görə, qəza zamanı 1 nəfər ölüb, daha 2 nəfər isə xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.