BAKI, 31 yanvar — Sputnik. Azərbaycan Mədəniyyət Nazirliyi tərəfindən bədii və animasiya filmi ssenariləri müsabiqəsinin nəticələri açıqlanıb. Bu haqda Sputnik Azərbaycan-a nazirlikdən məlumat verilib. Kino ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanan müsabiqəyə təqdim edilən 90-dək bədii və animasiya filmi ssenarisindən münsiflər heyəti aşağıda qeyd olunan film layihələrini seçib:
Tammetrajlı bədii
"Olimpiya" – Rüstəm Babazadə
"Zamandan kənarda" – Yavər Rzayev
"Ata" – Fariz Əhmədov, Esmira Əyyub
"Bağlı otaq" – Ramiz Fətəliyev, Yavər Rzayev
Qısametrajlı bədii
"Borc" – Ülviyyə Heydərova
"Snayper" – Əyyub Qiyas
"Buludlar" – Behzad Əhmədov
"Yonca tarlası" – Bəhruz Mustafayev
Animasiya
- "Tıq-tıq və dostları möcüzələr axtarışında - 2" – Sultan Abbasbəyli
- "Dostum Mimi" – Reyhan Yusifqızı
- "Sehrli planşet" – Vüqar Haqverdiyev.
Dövlət sifarişi ilə film istehsalı üçün ssenari ehtiyatının formalaşdırılması məqsədilə seçilmiş sözügedən ssenarilərə istehsal imkanlarından asılı olaraq filmlər çəkilməsi nəzərdə tutulub.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan kinematoqrafiyasının inkişafı ilə bağlı bəzi tədbirlər haqqında" Sərəncamına əsasən dövlət sifarişi ilə film istehsalını həyata keçirmək, həmçinin milli kinematoqrafiya sahəsində fəaliyyət göstərən şəxslərə dəstək olmaq, onların yaradıcılığını stimullaşdırmaq və yeni yaradıcı qüvvələri kinodramaturgiya sahəsinə cəlb etmək məqsədilə 2019-cu il noyabr ayının 1-dən Mədəniyyət Nazirliyi tərəfindən bədii və animasiya filmi ssenariləri müsabiqəsi elan olunmuşdur. Dövlət sifarişi ilə film istehsalı üçün Mədəniyyət Nazirliyi tərəfindən gələcəkdə də davamlı olaraq ssenari müsabiqələrinin keçirilməsi nəzərdə tutulub.