CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycan erkən nikah problemini necə həll edə bilər – ekspert şərhi

© Sputnik / Murad OrujovGənc Demokratlar İnstitutunun rəhbəri Yeganə Hacıyeva
Gənc Demokratlar İnstitutunun rəhbəri Yeganə Hacıyeva - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan Gənc Demokratlar İnstitutunun rəhbəri Yeganə Hacıyeva deyir ki, erkən nikahların böyük əksəriyyəti boşanmalarla nəticələnir
Yeganə Hacıyeva: “Hüquqi normaların sərtləşdirilməsi müsbət nəticələr verə bilər”

“Bu gün də br çox cəmiyyətlərdə erkən nikahları legitimləşdirən dini, milli, mental ənənələr hüquqi normalardan güclüdür”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında Azərbaycan Gənc Demokratlar İnstitutunun rəhbəri Yeganə Hacıyeva deyib.

Ekspert bildirib ki, hər il dünyada 150 milyon uşaq erkən nikaha cəlb edilir: “Azərbaycan daxil olmaqla, bir çox ölkələrdə nikah yaşı 18-dir. Xüsusi hallarda, valideynlərin razılığı ilə 18 yaşına çatmamış şəxslərin evlənməsinə icazə verilir. Təəssüf ki, Azərbaycanda erkən nikahlarla bağlı dəqiq statistika mövcud deyil. Aparılan son araşdırmalar göstərir ki, belə nikahların 82 faizi erkən boşanmalarla nəticələnir. Qızların erkən nikah bağlamasına səbəb valideynlər tərəfindən üzləşdiyi təzyiqlərdir. Düşünürəm ki, bu məsələdə hüquqi normaların sərtləşdirilməsi müsbət nəticələr verə bilər. Digər hallarda isə erkən nikahlarla mübarizə yolu təhsil və maarifləndirmə olmalıdır”.

Qeyd edək ki, Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun Mətbuat xidmətləri Masallıda iki həftə əvvəl toyu olan 16 yaşlı Fatimə Qəmbərovanın ölümü ilə bağlı birgə rəsmi məlumat yayıb. Məhkəmə-tibbi ekspertin iştirakı ilə F.Qəmbərovanın meyitinə baxış zamanı meyitin boyun nahiyəsində, sağ əlin arxa hissəsində, həmçinin bel nahiyəsində xəsarətlər aşkar edilib.

Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0