AŞPA-nın qətnaməsi reallığı əks etdirmir – Müşfiq Ələsgərli danışır

Abunə olmaq
Mətbuat Şurasının sədrinin müavini Müşfiq Ələsgərli deyir ki, ölkəmizin ictimai-siyasi mühitində formalaşmış müəyyən bir qrup Azərbaycan haqqında mənfi rəy yaratmaq üçün təxribatlar törədirlər
Müşfiq Ələsgərli: “Bu cür təşkilatlarla iş prinsipimizə yenidən baxmalıyıq”

Avropa Şurası Parlament Assambleyası (AŞPA) mətbuat azadlığı və Avropada jurnalistlərin təhlükəsizliyinə həsr olunmuş hesabat qəbul edib. Hesabatda Avropa Şurasına üzv ölkələrdə jurnalistlərin öz peşə vəzifələrini həyata keçirdikləri zaman fiziki və verbal zorakılıq, polislər tərəfindən müdaxilə, akkreditələrinin əllərindən alınması kimi halların artdığı bildirilir.

Mətbuat Şurasının sədrinin müavini Müşfiq Ələsgərli Sputnik Azərbaycan-a deyir ki, AŞPA-nın mətbuat azadlığı və jurnalistlərin təhlükəsizliyi ilə bağlı qətnaməsi reallığı əks etdirmir:

“Azərbaycandakı medianın vəziyyəti kritik tənqid ediləcək səvviyədə deyil. Ölkəmizin ictimai-siyasi mühitində formalaşmış müəyyən bir qrup Azərbaycan haqqında mənfi rəy yaratmaq üçün müxtəlif maxinasiyalar həyata keçirir, təxribatlar törədirlər. Onların hərəkətləri beynəlxalq təşkilatlarda da çaşqınlıq yaradır. Bizim AŞPA-dakı üzvlərimiz orada aktiv fəaliyyət göstərməli və təqdim edilən faktların yanlış olduğunu ortalığa qoymalıdırlar. Düşünürəm ki, bu cür təşkilatlarla iş prinsipimizə yenidən baxmalıyıq”.

Müşfiq Ələsgərlinin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0