Virus can almağa davam edir – Ölü sayı artmaqdadır

© REUTERS / STRINGERСитуация в связи с эпидемиологической обстановкой в Китае
Ситуация в связи с эпидемиологической обстановкой в Китае - Sputnik Azərbaycan
Abunə olmaq
Hesab olunur ki, virusun yeni ştammı ötən ilin sonunda Çinin Uhan şəhərinin mərkəzi bazarında qanunsuz vəhşi heyvan ticarəti nəticəsində yaranıb.

 

BAKI, 31 yanvar — Sputnik. Çində yeni növ koronavirusdan ölənlərin sayı 213-ə çatıb. Sputnik Azərbaycan "Reuters"-ə istinadən xəbər verir ki, bu barədə Çinin Səhiyyə üzrə Dövlət Komitəsi məlumat yayıb.

Məlumata əsasən, xəstəliyə yoluxanların sayı 9692-ə çatıb.

Qeyd edək ki, ötən gün virus Tibetdə də qeydə alınmışdı. Qeyd edək ki, Tibet Çinin sonuncu "təmiz" regionu idi.

Xatırladaq ki, ötən gün Çinin Uhan şəhərində meydana gəlmiş yeni koronavirusdan ölənlərin sayı 170 idi.

Hesab olunur ki, virusun yeni ştammı ötən ilin sonunda Çinin Uhan şəhərinin mərkəzi bazarında qanunsuz vəhşi heyvan ticarəti nəticəsində yaranıb.

Xəbər lenti
0