Ayaq açıb yeriyir: Koronavirus İtaliyaya çatdı

© REUTERS / MUHAMMAD HAMEDМедицинские работники исследуют вакцину против нового коронавируса
Медицинские работники исследуют вакцину против нового коронавируса - Sputnik Azərbaycan
Abunə olmaq
Çinin Uhan şəhərində meydana gəlmiş yeni "2019-nCoV" adlı koronavirus indiyədək 213 nəfərin ölümünə səbəb olub

BAKI, 31 yanvar — Sputnik. İtaliyada iki nəfərdə koronavirus tapılıb. Sputnik Azərbaycan Qərb mediasına istinadən xəbər verir ki, İtaliyanın Baş Naziri Cüzeppe Konte iki çinli turistdə "2019-nCoV" koronavirusun aşkar edildiyini deyib.

Konte vəziyyətlə bağlı olaraq İtaliya və Çin arasında hava nəqliyyatının bağlanılması haqqında göstəriş verib.

İtaliyanın Səhiyyə naziri Roberto Speranza isə bildirib ki, sözügedən çinli turistlər artıq Milli İnfeksion Xəstəliklər İnstitutunda təcrid olunmuş halda saxlanılırlar. O, əhalini təşvişə düşməməyə çağırıb.

Xatırladaq ki, Çinin Uhan şəhərində meydana gəlmiş yeni "2019-nCoV" adlı koronavirus indiyədək 213 nəfərin ölümünə səbəb olub. Bundan başqa, minlərlə insanın bu ölümcül virusa yoluxduğu bildirilir.

Koronavirusla yoluxma faktları Çindən başqa Fransada, Almaniyada, Amerika Birləşmiş Ştatlarında və Birləşmiş Ərəb Əmirliklərində qeydə alınıb.

Xəbər lenti
0