CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Arvadını öldürən gənc həbs edilib

© Sputnik / Murad OrujovАрест, фото из архива
Арест, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanıb.

BAKI, 31 yanvar — Sputnik. Masallı Rayon Məhkəməsində toyundan sonra 16 yaşlı gəlini öldürməkdə şübhəli bilinərək saxlanılan İman Məmmədovun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının verdiyi təqdimata baxılıb.

Sputnik Azərbaycan-a Masallı rayon Prokurorluğundan verilən məlumata görə, istintaq orqanının verdiyi təqdimat təmin edilib.

Bildirilib ki, məhkəmə İ.Məmmədovun barəsində həbs qətimkan tədbiri seçib.

Xatırladaq ki, yanvarın 29-da Masallı rayonu, 2001-ci il təvəllüdlü Xoşçobanlı kənd sakini İ.Məmmədov 2 həftə əvvəl evləndiyi, 2003-cü il təvəllüdlü Fatimə Qəmbərovanı yaşadıqları evdə şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı əlləri ilə boğaraq öldürüb.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanıb.

İ.Məmmədov cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulub.

Xəbər lenti
0