Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Cavanşir Təlai: "İqlim dəyişmələri ölkəmizdə fəsadlar əmələ gətirib"

© Pexels PixabayКлиматические изменения, фото из архива
Климатические изменения, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"İqlim dəyişmələri ölkəmizdə fəsadlar əmələ gətirib. Son dövrlər taxılçılıqda siçanabənzər gəmiricilər, taxıl böcəyi çox geniş yayılıb"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 30 yanvar — Sputnik. Bu gün Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində "İqlim dəyişiklikləri və onların Azərbaycanın kənd təsərrüfatına təsiri" mövzusunda tədbir keçirilib.

Sputnik Azərbaycan xəbər verir ki, tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzinin şöbə müdirləri Cavanşir Təlai, Nicat Nəsirli, həmçinin mərkəzin böyük mütəxəssisi Yaqub Quliyev iştirak ediblər.

Mütəxəssislər iqlim dəyişikliklərinin kənd təsərrüfatına təsirləri ilə bağlı ətraflı məlumat verib, sualları cavablandırıblar.

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzinin böyük mütəxəssisi Yaqub Quliyev deyib ki, bu gün iqlim dəyişiklikləri və onların kənd təsərrüfatına təsiri bütün dünyanı narahat edir: "İqlim dəyişiklikləri qaçılmaz bir prosesdir və bunları yaradan məhz insan faktorudur. İstixana qazlarının həcmi artıb və bu da nəticədə iqlim dəyişməsinə, havanın temperaturunda ciddi artıma gətirib çıxardıb. İqlim dəyişikliyi yaradan istixana qazlarının havaya atılmasında kənd təsərrüfatının payı 13,5 faiz, meşəçiliyin payı isə təxminən 17 faizdir. Bu, böyük rəqəmdir. Ona görə də bu gün elə tədbirlər görülməlidir ki, kənd təsərrüfatı sektorunun bu sahəyə mənfi təsiri azaldılsın, yəni istixana qazlarının yaradılmasına səbəb olmasın".

© Sputnik / Murad OrujovKənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzinin böyük mütəxəssisi Yaqub Quliyev
Cavanşir Təlai: İqlim dəyişmələri ölkəmizdə fəsadlar əmələ gətirib - Sputnik Azərbaycan
Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzinin böyük mütəxəssisi Yaqub Quliyev

"Məsələn, otlaq və örüşlərin əkilməsi bilavasitə havaya atılan qazların artmasına səbəb olur. Otlaq və örüşlər meşələrdən daha çox karbon qazı tutub saxlayır. Onların şumlanması ilə havaya atılan karbon qazının miqdarı xeyli artır", - deyə o qeyd edib.

Mütəxəssis bildirib ki, bu gün bunun təsirini Azərbaycanda çox ciddi hiss edirik: "İqlim dəyişikliyinin ən böyük təsirlərindən biri yağıntının qeyri-bərabər paylanmasıdır. Məhz bu il biz Azərbaycanın Aran bölgəsində (əsasən taxılçılıq sahələri) quraqlıq ucbatından ciddi problemlərlə üzləşmişik. Payızda əkilən taxılın xeyli hissəsi cücərməyib və cücərən də inkişaf edə bilmir, çünki torpaq qurudur. Bunların qarşısını almaq üçün tədbirlər görülməlidir".

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzinin şöbə müdiri Cavanşir Təlai bildirib ki, iqlim dəyişmələrində insan amilləri daha çox rol oynayır: "Belə davam etsə, gələcəkdə ərzaq təhlükəsizliyini təmin etməsi sual altında olacaq. 2050-ci ildə dünyada insanların sayının 9 milyarda çatacağı gözlənilir. Ekspertlərin proqnozlarına görə, insanların ərzaq məhsullarına olan tələbatı 2 dəfə artacaq. Bunun üçün əkin sahələri olmaldır. Bu gün iqlim dəyişmələri nəticəsində torpaqların deqredasiyası gedir, səhralaşma prosesi sürətlənir. Bu problemlərin həlli üçün qarşıda çox böyük vəzifələr dayanır".

© Sputnik / Murad OrujovKənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzinin şöbə müdiri Cavanşir Təlai
Cavanşir Təlai: İqlim dəyişmələri ölkəmizdə fəsadlar əmələ gətirib - Sputnik Azərbaycan
Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzinin şöbə müdiri Cavanşir Təlai

Onun sözlərinə görə, iqlim dəyişikliklərin yaranması ən çox inkişaf etmiş dövlətlərin payına (təxminən 80%) düşür: "Bu gün karbonun emissiyası ABŞ-da 23-25 faiz, Çində 16 faiz təşkil edir. Adekvat tədbirlər görülməsə, gələcəkdə bizi böyük bəlalar gözləyə bilər. Xüsusən inkişaf etmiş ölkələrdə iqlim dəyişmələrinə adaptasiya olmaq üçün milli uyğunlaşma planları var. Bu planların tərkibində çox məsələlər var. Məsələn, xüsusən də strateji əhəmiyyət kəsb edən dənli bitkilərin sığorta məsələsi var. Eyni zamanda ənənəvi seleksiya materiallarının, yəni ənənəvi bitki sortlarının mühafizəsi, toxumçuluq ilə bağlı məsələlər var. Azərbaycanda bu istiqamətdə qabaqlayıcı tədbirlər həyata keçirilir".

O bildirib ki, iqlim dəyişmələri ölkəmizdə fəsadlar əmələ gətirib: "İqlim dəyişmələri həm zərərvericilər, həm də xəstəliklər üçün münbit şərait yaradır. Son dövrlər taxılçılıqda siçanabənzər gəmiricilər, taxıl böcəyi çox geniş yayılıb. Siçanabənzər gəmiricilərə qarşı mübarizədə əsas olan aldadıcı yemlərin hazırlanmasıdır. Hazırda siçanabənzər gəmiricilər və taxıl böcəyinə qarşı mübarizə tədbirləri ciddi şəkildə həyata keçirilir və mübarizə tədbirləri öz təsirini göstərir. Bütün bunlar Kənd Təsərrüfatı Nazirliyinin diqqət mərkəzindədir. Taxılçılıqda məhsuldarlığı daha da artırmaq üçün qarşımızda böyük vəzifələr durur".

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzinin şöbə müdiri Nicat Nəsirli deyib ki, regionda ziyanvericilər müxtəlifdir, temperatur yüksələndə xəstəliklər başlayacaq: "1 hektara düşən iqtisadi ziyan vermə həddi yüksəkdirsə, mübarizə tədbirləri dövlət hesabına aparılır. Dekabr ayının əvvəllərindən, xüsusən də əsas əkinçilik rayonlarında aktiv kimyəvi mübarizə tədbirləri aparılır. Burada əsas məsələ maarifləndirmədir, elə sahələr var ki, fermer özü də ayıq-sayıq olmalı, nazirliyi məlumatlandırmalıdır. Məsələn, aprel ayında bir çox bölgələr mərakeş çəyirtkələrinin kütləvi hücumuna məruz qalacaq. Burada dövlət hesabına mübarizə tədbirləri aparılacaq".

© Sputnik / Murad OrujovKənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzinin şöbə müdiri Nicat Nəsirli
Cavanşir Təlai: İqlim dəyişmələri ölkəmizdə fəsadlar əmələ gətirib - Sputnik Azərbaycan
Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzinin şöbə müdiri Nicat Nəsirli

"Burada ən ciddi problemimiz odur ki, fermerlər tərəfindən bir sıra mütərəqqi addımlar atılmadığına görə bu zərərvericilər sahələrdə formalaşır. Bu, vaxtında yay şumunun aparılmamasıdır. Biz hər həftə rayonlarda maarifləndirmə tədbirləri keçiririk. Quraqlıqla mübarizədə suya qənaət edən texnologiyalara keçid mühümdür. Mülkiyyət hüququnu qorumaqla fermerlər tərəfindən torpaqların birləşdirilməsi və birgə istifadə mütləq lazımdır. Bu, dövrün tələbidir", - deyə N.Nəsirli əlavə edib.

Xəbər lenti
0