Ərdoğan ABŞ-a qarşı ultimatum irəli sürdü

© © Presidential Press Service via AP, PoolПрезидент Турции Реджеп Тайип Эрдоган
Президент Турции Реджеп Тайип Эрдоган - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyə Prezidenti bəyan edib ki, ABŞ "F-35" tipli qırıcıların satışı ilə bağlı öhdəliklərini həyata keçirməsə, özləri hazırlayacaqlar.

BAKI, 30 yanvar — Sputnik. Birləşmiş Ştatlar ya Türkiyəyə "F-35" tipli qırıcıları təhvil verməli, ya da onlara görə ödənilən pulları geri qaytarmalıdır. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər naziri Rəcəb Tayyib Ərdoğan bildirib.

"Onlar (ABŞ) ya təyyarələri verməli, ya da ödənilən pulları geri qaytarmalıdırlar. Əgər bunlar baş verməsə, biz də yerimizdə durmayacağıq. Özümüz hazırlayacağıq", - deyə Ərdoğan vurğulayıb.

Xatırladaq ki, Ankara və Vaşinqtonun münasibətlərində böhrana səbəb olan Rusiya istehsalı "S-400" zenit raket komplekslərinin tədarükü ötən ilin iyul ayının ortalarında başlayıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözlərinə görə, 2020-ci ilin aprelində "S-400" tamamilə istifadəyə veriləcək. Birləşmiş Ştatlar bu sövdələşmədən imtina etməyi və əvəzində "Patriot" komplekslərini təklif edib. Vaşinqton bu məsələ ilə bağlı Türkiyəni F-35 tipli qırıcıların satışını gecikdirmək və ya tamamilə dayandırmaqla, həmçinin sanksiyalarla hədələyib. Ankara güzəştə getməkdən imtina edib.

Qeyd edək ki, ötən il Rusiya Türkiyəyə 2,5 milyard dollar qarşılığında dörd ədəd "S-400" divizionu tədarük edib. Tərəflər arasında müqavilədə daha bir divizion komplektinin də tədarükünün ola biləcəyi müddəası yer alır.

Xəbər lenti
0