BAKI, 30 yanvar — Sputnik. Çində yeni növ koronavirusdan ölənlərin sayı 170-ə çatıb. Sputnik Azərbaycan "Reuters"-ə istinadən xəbər verir ki, bu barədə Çinin Səhiyyə üzrə Dövlət Komitəsi məlumat yayıb.
Məlumata əsasən, xəstəliyə yoluxanların sayı 7711-ə çatıb. Virus artıq Tibetdə də qeydə alınıb. Qeyd edək ki, Tibet Çinin sonuncu "təmiz" regionu idi.
Xatırladaq ki, ötən gün Çinin Uhan şəhərində meydana gəlmiş yeni koronavirusdan ölənlərin sayı 132 idi.
Hesab olunur ki, virusun yeni ştammı ötən ilin sonunda Çinin Uhan şəhərinin mərkəzi bazarında qanunsuz vəhşi heyvan ticarəti nəticəsində yaranıb.