CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

UNESCO-nun baş qərargahında Azərbaycan xalçalarının sərgisi açılıb

© AR Ministry of CultureОткрытие выставки азербайджанских ковров в штаб-квартире ЮНЕСКО
Открытие выставки азербайджанских ковров в штаб-квартире ЮНЕСКО - Sputnik Azərbaycan
Abunə olmaq
Bu sərgi Azərbaycan mədəniyyətini, xalçaçılığını daha yaxından kəşf etməyə imkan yaradır. Xalça toxuculuğu Azərbaycanın kimliyini əks etdirir.

BAKI, 30 yanvar — Sputnik. Heydər Əliyev Fondu, Azərbaycanın Fransadakı səfirliyi və UNESCO yanında daimi nümayəndəliyinin birgə təşkilatçılığı ilə Parisdə UNESCO-nun baş qərargahında Fondun "Yeni kəşflər: Azərbaycan xalçaçılığında yeni motivlər" adlı sərgisinin açılışı olub.

Sputnik Azərbaycan-ın məlumatına görə, sərginin açılışında Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, UNESCO baş direktorunun mədəniyyət məsələləri üzrə köməkçisi Erneste Ottone Ramirez, Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev, UNESCO yanında daimi nümayəndəliyimizin rəhbəri, səfir Anar Kərimov, Fransada akkreditə olunmuş səfirlər, UNESCO-dakı missiyaların rəhbərləri, yerli ictimaiyyətin və Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.

© AR Ministry of CultureUNESCO-nun baş qərargahında Azərbaycan xalçalarının sərgisinin açılış mərasimi
UNESCO-nun baş qərargahında Azərbaycan xalçalarının sərgisi açılıb - Sputnik Azərbaycan
UNESCO-nun baş qərargahında Azərbaycan xalçalarının sərgisinin açılış mərasimi

Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov sərginin açılışında çıxış edərək "Yeni kəşflər: Azərbaycan xalçaçılığında yeni motivlər" adlı layihənin ərsəyə gəlməsindən danışıb. Bildirib ki, 10 il əvvəl Azərbaycan xalça sənəti UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına, Bakıda UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında isə "Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi" UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. Bu baxımdan Şəki xalçalarının UNESCO-nun baş qərargahında sərgilənməsi böyük əhəmiyyət daşıyır. O, sərginin UNESCO-nun baş qərargahında təşkilinə göstərdiyi dəstəyə görə qurumun baş direktoru Odre Azuleyə təşəkkür edib.

Daha sonra sərginin açılışında UNESCO baş direktorunun mədəniyyət məsələləri üzrə köməkçisi Erneste Ottone Ramirez, Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev, UNESCO yanında daimi nümayəndəliyimizin rəhbəri, səfir Anar Kərimov da çıxış ediblər. Çıxışlarda Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya və Heydər Əliyev Fonduna sərginin təşkilinə görə təşəkkür edilib.

Bildirilib ki, bu sərgi Azərbaycan mədəniyyətini, xalçaçılığını daha yaxından kəşf etməyə imkan yaradır. Xalça toxuculuğu Azərbaycanın kimliyini əks etdirir. Xalça toxuculuğunun nəsildən-nəslə ötürüldüyü diqqətə çatdırılıb. Şəkinin zəngin mədəniyyət irsindən, ipəkçiliyindən, Azərbaycan memarlığının şedevri olan Xan Sarayından danışılıb. Xalça sənətinin Azərbaycan xalqının estetik və dünyagörüşünü, eləcə də plüralist baxışlarını əks etdirdiyi bildirilib. Diqqətə çatdırılıb ki, bu sənət Azərbaycan xalqının həyatının ayrılmaz hissəsidir.

© AR Ministry of CultureUNESCO-nun baş qərargahında Azərbaycan xalçalarının sərgisinin açılış mərasimi
UNESCO-nun baş qərargahında Azərbaycan xalçalarının sərgisi açılıb - Sputnik Azərbaycan
UNESCO-nun baş qərargahında Azərbaycan xalçalarının sərgisinin açılış mərasimi

Qeyd edilib ki, mədəniyyət irsinin qorunub saxlanması və nəsildən-nəslə ötürülməsi UNESCO-nun missiyasıdır. Azərbaycanın dövlət nümayəndələrinə qurumun bu missiyasına göstərdiyi dəstəyə görə minnətdarlıq bildirilib.

Tədbirdə sərgilənən xalçaların toxucularından iki nəfəri, eləcə də Kann sərgisindən ruhlanaraq Azərbaycana gəlmiş və xalça toxumağı öyrənmiş Filip Jüj də iştirak ediblər. Filip Jüj "Yeni kəşflər: Azərbaycan xalçaçılığında yeni motivlər" adlı layihənin sakini olduğu Kann şəhərində təşkil edilməsindən məmnunluğunu bildirib və elə həmin vaxtdan Azərbaycan xalçalarına heyran olduğunu vurğulayıb. Diqqətə çatdırıb ki, xalçalarımıza bu heyranlığı onu həmin sərgini hər gün ziyarət etməyə sövq edib. Dəfələrlə sərgidəki xalçaları seyr etdikdən sonra o, Azərbaycana gələrək xalçaçılar yanında təcrübə keçməsindən, xalça toxumağı öyrənməsindən danışıb. Kanna qayıtdıqdan sonra evində dəzgah qurduğunu və artıq iki xalça toxuduğunu deyib.

Sərginin rəsmi hissəsindən sonra tədbir iştirakçıları nümayiş olunan xalçaları seyr edib və motivlər, rənglərlə bağlı fikirlərini bölüşüblər.

Qeyd edək ki, Azərbaycan sənətçiləri, rəssamları Şəki Xan sarayındakı əsrarəngiz ornamentlərdən, freskalardan ruhlanaraq nəfis və zəngin əsərlər yaradıblar. Sərgidə nümayiş olunan xalçalar da məhz həmin ornamentlərin, Şəki motivlərinin əsasında xalçaçı-rəssam, Xalq rəssamı Eldar Mikayılzadənin eskizləri üzrə iki il ərzində 30 xalçaçı tərəfindən toxunub.

© AR Ministry of CultureUNESCO-nun baş qərargahında Azərbaycan xalçalarının sərgisinin açılış mərasimi
UNESCO-nun baş qərargahında Azərbaycan xalçalarının sərgisi açılıb - Sputnik Azərbaycan
UNESCO-nun baş qərargahında Azərbaycan xalçalarının sərgisinin açılış mərasimi

Sərgi ilk dəfə 2019-cu ildə Heydər Əliyev Fondunun Kann şəhərində keçirdiyi Azərbaycan mədəniyyəti günləri çərçivəsində təqdim edilib və bu il ərzində onun bir çox fransız şəhərlərində nümayişi nəzərdə tutulur.

UNESCO-nun baş qərargahında təşkil olunan sərgi fevralın 4-dək davam edəcək.

https://heydar-aliyev-foundation.org/az/content/view/59/5000/Heyd%C9%99r-%C6%8Fliyev-Fondunun-t%C9%99%C5%9Fkilat%C3%A7%C4%B1l%C4%B1%C4%9F%C4%B1-il%C9%99-UNESKO-nun-ba%C5%9F-q%C9%99rargah%C4%B1nda-Az%C9%99rbaycan-xal%C3%A7alar%C4%B1n%C4%B1n-s%C9%99rgisi-a%C3%A7%C4%B1l%C4%B1b

Xəbər lenti
0