SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Trampın planı nə ilə nəticələnə bilər – politoloq danışır

Abunə olmaq
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyir ki, Fələstinin bu planı qəbul edəcəyini düşünmür
Elxan Şahinoğlu: “Bu plan bölgədəki gərginliyi artıra bilər”

“Bu plana əsasən Qüds bölünməz paytaxt qalacaq, bu, çox əhəmiyyətlidir”. Bu barədə ABŞ prezidenti Donald Tramp İsrail-Fələstin münaqişəsinin nizama salınması üzrə planı təqdim edərkən bildirib.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Sputnik Azərbaycan-a deyir ki, Trampın planının reallaşacağına inanmıram:

“Tramp planı təqdim edərkən sağ tərəfində İsrailin baş naziri dayanmışdı, sol tərəfi isə boş idi. Fələstin bu danışıqlarda iştirak etməyib. Ona görə də Fələstinin bu planı qəbul edəcəyini düşünmürəm. Bu plan bölgədəki gərginliyi azaltmaq əvəzinə, daha da artıra bilər”.

Fələstin Dövlətinin Prezidenti Mahmud Abbas ABŞ-ın Yaxın Şərq üzrə nizamasalma planını sui-qəsd adlandırıb.

Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0