Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Həkimlərin dərman firmaları ilə işbirliyinə son qoyulur

CC0 / StockSnap / PillsHəblər, arxiv şəkli
Həblər, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Bu resept elektron şəkildə apteklərə göndəriləcək və vətəndaş oradan öz büdcəsinə uyğun dərmanı alacaq

BAKI, 30 yanvar — Sputnik. İcbari tibbi sığortanın tətbiqindən sonra dərman firmalarının əməkdaşlarının xəstəxanalarda həkimlərlə birbaşa görüşü qadağan ediləcək. Sputnik Azərbaycan xəbər verir ki, bu sözləri bu gün keçirilən tədbirdə İcbari Tibbi Sığorta Agentliyinin (İTSA) departament direktoru Vüqar Qurbanov bildirib. O qeyd edib ki, belə sistem ilk dəfə pilot ərazilərdə tətbiq edilib: "Tibb müəssisələrinin mühafizəsi var və buraya daxil olmaq icazəlidir".

Amma V.Qurbanov bildirib ki, hər hansı şirkət yeni məhsulunu tibb işçilərinə təqdim etmək istəyərsə, bunun üçün şərait yaradılacaq: "Firmalar öz məhsullarını təqdim etmək istəsələr, onları müəssisənin rəhbərinə göstərə bilərlər. Xəstəxanaların hamısında akt zalları və ya digər münasib yerlər var və burada firmalar öz dərmanlarını təqdim edə bilərlər". Ümumiyyətlə, V.Qurbanovun sözlərinə görə, yaxın gələcəkdə tibbi reseptlərdə dərmanların adlarının yazılmasına son qoyulacaq. Həkimlər yalnız dərmanın tərkibini yazacaqlar: "Bu resept elektron şəkildə apteklərə göndəriləcək və vətəndaş oradan öz büdcəsinə uyğun dərmanı alacaq".

Xəbər lenti
0