Elşad Məmmədov: “Belarus üçün ən məqbul variant neftin Rusiyadan idxalıdır”
Bu gün Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində Azərbaycan, Qazaxıstan, İran, Səudiyyə Ərəbistanı və ABŞ neftinin tədarükü, keyfiyyəti və Belarusa nəqli imkanları Minsk-Bakı-Moskva videokörpüsündə müzakirə edilib.
UNEC-in Rusiya iqtisadiyyat məktəbinin direktor müavini, elmlər doktoru, professor Elşad Məmmədov deyib ki, bu məsələdə razılaşmalar qısa müddətli ola bilər:
“Azərbaycan neftinin uzun müddətli formatda Belarusa nəqli iqtisadi maraqlarımıza cavab vermir. Belarusla olan strateji tərəfdaşlığımıza uyğun olaraq qısamüddətli neft nəqlini reallaşdırmaq olar. Hazırda Belarus üçün ən məqbul variant neftin Rusiyadan idxal edilməsidir”.
Professorun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz