Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Bahalıqdan şikayətlənirik – Hər şey yüksək faizlərdən başlayır

© Sputnik / Murad OrujovПачки азербайджанских манатов на столе
Пачки азербайджанских манатов на столе - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspert: "Bazar iqtisadiyyatı şəraitində dövlətin qiymət siyasətinə müdaxiləsindən çəkinməməliyik. Çünki bütün normal iqtisadi sistemlərdə dövlət qiymət siyasətini tənzimləyir. Bizdə bazar iqtisadiyyatı dedikdə bir çoxları xaos başa düşür"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 29 yanvar — Sputnik. Məhsulların maya dəyərinin yüksək olması rəqabət qabiliyyətinə mənfi təsir göstərir. Sputnik Azərbaycan xəbər verir ki, bunu yanvarın 24-də Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) üzvləri ilə Beynəlxalq Maliyyə Korporasiyası (IFC) arasında keçirilən görüşdə sahibkarlar bildiriblər.

Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Baş Nazirdən sevindirici qərar: Kərə yağı, quş əti və yumurta bahalaşmayacaq

Görüş zamanı sahibkarlar logistika qiymətlərinin də maya dəyərində xüsusi rolu olduğunu bildiriblər. Görüş "Özəl sektorun inkişafı üçün mövcud olan imkanlar və məhdudiyyətlər"ə həsr olunub.

Azərbaycan Dövlət İqtisad Universitetinin professoru Elşad Məmmədov Sputnik Azərbaycan-a açıqlamasında, məhsulun maya dəyərinin yüksək olması məsələsindən danışıb. Ekspert bildirib ki, Azərbaycanda yüksək faizlə kreditlərin verilməsi məhsulların maya dəyərinin artmasının əsas səbəblərindən biridir: "İlk növbədə məhsulun maya dəyəri ona görə yüksəkdir ki, kreditlər çox yüksək faizlə reallaşdırılır. Bununla yanaşı, bitkiçilik sahəsində maya dəyəri yüksək deyil. Amma məhz dövriyyə, tədavül, ticarət ilə bağlı olan seqmentlərdə problemlər yaranır. Son nəticədə pərakəndə və istehlak bazarında qiymətlər yüksək olur. Yəni burada problem tənzimləmə ilə bağlıdır. Hökumətin iqtisadi bloku bu istiqamətdə tənzimləmə siyasətini və bazarın idarəedilməsi prosesini daha effektiv şəkildə reallaşdırmalıdır. Kreditləşmə yumşalmasa, tədavül xərcləri ilə bağlı inhisarçılıq aradan qalxmasa, bazarda qiymətin yüksək olması və inflyasiya meylləri davam edəcək".

"Maya dəyərinin aşağı olması üçün ilk növbədə kreditlərin faizləri kəskin şəkildə aşağı salınmalıdır. İkincisi, real sektora vergi siyasəti ilə bağlı müxtəlif stimullaşdırıcı güzəştlər edilməlidir. Belə olanda sahibkar əldə etdiyi vəsaiti öz istehsal prosesinə qoymaqda maraqlı olacaq və investisiyaların yerləşdirilməsi innovasiyalara səbəb olacaq. İnnovasiyalar da məhsulun maya dəyərinin aşağı düşməsi deməkdir", – deyə professor qeyd edib.

Onun fikrincə, burada kreditlər, fiskal tənzimləmə, ticarət mübadiləsi, qiymət siyasəti ilə bağlı sistemli yanaşma olmalıdır: "Bazar iqtisadiyyatı şəraitində dövlətin qiymət siyasətinə müdaxiləsindən çəkinməməliyik. Çünki bütün normal iqtisadi sistemlərdə dövlət qiymət siyasətini tənzimləyir. Bizdə bazar iqtisadiyyatı dedikdə bir çoxları xaos başa düşür. Xaos olanda, dövlət tam şəkildə bazardan çəkiləndə və bazarda inhisarçılar öz mövqelərini diktə edəndə sözsüz ki, qiymətlər qalxacaq. Ona görə yüksək maya dəyərli məhsul alan sahibkarlar onun satışına öz ticarət əlavəsini də qoyanda qiymətlər artır".

"Rəqabət üstünlükləri ilk növbədə məhsulun maya dəyəri ilə bağlıdır. Məhsulun maya dəyəri yüksək olanda xarici bazarlara çıxmaq da çətinləşir. Xarici bazarlarda rəqabət aparmaq üçün biz mütləq real sektoru stimullaşdırmalıyıq", – deyə ekspert əlavə edib.

Bazarda ət satışı, arxiv şəkli - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Ətin qiyməti qalxır – Bahalaşma qaçılmaz vəziyyətə gəlib

Qeyd edək ki, Azərbaycan Sahibkarlar Konfederasiyasının üzvləri ilə Beynəlxalq Maliyyə Korporasiyası (IFC) arasında keçirilən görüşdə müzakirələr əsasən aşağıdakı istiqamətləri əhatə edib: ölkədə son dövrdə qanunvericilik sistemində aparılan islahatlar nəticəsində sahibkarların qarşılaşdıqları problemlər və onların həlli yolları; müvafiq islahatlar çərçivəsində rəqabət imkanları; maliyyə resursları mənbələrinə çıxışda yaranan çətinliklər; ucuz və qısamüddətli maliyyə mənbələrinin azlığı; xarici investorların daxili bazara inamsızlığı; onlara daxili bazarın mövcud vəziyyəti və islahatlar haqqında daha dolğun məlumatın verilməsi istiqamətində maarifləndirmə tədbirlərinin keçirilməsi; ixtisaslı kadrların çatışmazlığı və s.

Bu mövzular üzrə sahibkarlar öz fikirlərini bölüşüblər. Məhsulların maya dəyərinin yüksək olmasının rəqabət qabiliyyətinə mənfi təsir etdiyini qeyd edən sahibkarlar logistika qiymətlərinin də maya dəyərində xüsusi rolu olduğunu bildiriblər.

Azərbaycanda investisiya qoymaq üçün bir neçə sahədəki perspektivləri IFC ilə bölüşən sahibkarlarımız xarici investorları maraqlandıracaq arqumentlərlə çıxış ediblər.

Xəbər lenti
0