Koronavirus əleyhinə peyvənd hazırlandı

© AP Photo / Kamil ZihniogluСитуация в связи с эпидемиологической обстановкой в Китае
Ситуация в связи с эпидемиологической обстановкой в Китае  - Sputnik Azərbaycan
Abunə olmaq
Məlumdur ki, bu virus insandan-insana keçir. İnfeksiyanın əsas simptomları yüksək temperatur, halsızlıq və bir qədər bəlğəmli öskürəkdir

BAKI, 29 yanvar — Sputnik. Honkonqdan olan alimlər koronavirus əleyhinə vaksin hazırlayıblar.

Sputnik Azərbaycan bildirir ki, bu barədə "South China Morning Post" infeksion xəstəliklər üzrə ekspert, professor Yuen Kvok-Yunqa istinadən yazıb.

"Biz artıq peyvəndi hazırlamışıq, ancaq heyvanlar üzərində sınaqlar xeyli vaxt aparacaq", - deyən Yuen Kvok-Yunq əlavə edib ki, heyvanlar üzərində təcrübə bir neçə ay, insanlar üzərində isə - 1 il çəkəcək. Dəqiq vaxtı isə professor açıqlamayıb.

Vaksinin hazırlanmasında həmçinin Çindən və ABŞ-dan olan alimlər iştirak ediblər.

Девушка в медицинской маске в районе Чайна-таун в Лондоне - Sputnik Azərbaycan
Koronavirus Azərbaycana bir addım da yaxınlaşdı: bu dəfə Gürcüstanda

Yanvarın 26-da bildirilmişdi ki, Çindəki koronavirus əleyhinə vaksina hazırlanmasına başlanır. Alimlər virusu ayırmışdılar, ştammın seçilməsi aparılırdı. Xəstəliklərə nəzarət mərkəzinin başçısı Hu Venbo bildirmişdi ki, mütəxəssislər pnevmoniya ilə effektiv mübarizə aparmağa qadir dərmanları seçirlər.

Məlumdur ki, bu virus insandan-insana keçir. İnfeksiyanın əsas simptomları yüksək temperatur, halsızlıq və bir qədər bəlğəmli öskürəkdir. Xəstəliyə əsas yoluxma ocağı Çinin Uhan şəhəridir. Çindən kənarda - Yaponiya, Cənubi Koreya, Tailand, ABŞ və digər ölkələrdə də artıq yoluxma hallarına rast gəlinir.

Son məlumatlara görə, Çinin 30 vilayətində 4515 nəfərdə bu xəstəliyə yoluxma halı qeydə alınıb. Onlardan 976-nın vəziyyətinin ağır olduğu bildirilir. Ümumilikdə 106 nəfər bu xəstəlikdən vəfat edib. Altmış nəfər isə xəstəxanadan evə buraxılıb.

Xəbər lenti
0