Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

İcbari tibbi sığortanın tətbiq edildiyi xəstəxanalarda vacib yenilik

© Sputnik / Anton Vergun / Mediabanka keçidБольница, фото из архива
Больница, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Quba, Qusar, Ağsu, Şamaxı, Şəki, Kürdəmir, Ucar, Göyçay, Qəbələ və Zaqatala rayon mərkəzi xəstəxanalarında növbə sistemini tənzimləyən terminallar quraşdırılıb

BAKI, 29 yanvar — Sputnik. Azərbaycanda icbari tibbi sığortaya keçən tibb müəssisələrində növbə sistemini tənzimləyən terminallar quraşdırılıb. Bu barədə Sputnik Azərbaycan-a İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən məlumat verilib.

Больница, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
İcbari tibbi sığorta ilə bağlı açıqlama verildi – Yalandır

Xəbərdə bildirilir ki, Quba, Qusar, Ağsu, Şamaxı, Şəki, Kürdəmir, Ucar, Göyçay, Qəbələ və Zaqatala rayon mərkəzi xəstəxanalarında növbə sistemini tənzimləyən terminallar quraşdırılıb. İlin sonuna kimi avadanlıqların digər xəstəxanalarda da quraşdırılması nəzərdə tutulub.

Qeyd edək ki, 2020-ci il yanvarın 1-dən icbari tibbi sığorta 23 rayon və şəhərdə tətbiq olunur. Bu regionlara Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Şamaxı, İsmayıllı, Ağsu, Qobustan, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, Göyçay, Ucar, Zərdab, Kürdəmir, Mingəçevir, Yevlax və Ağdaş daxildir. Sözügedən rayonlarda yerləşən tibb müəssisələri üzrə cari ilin 23 yanvar tarixinə qədər 265 min 335 müraciət qeydə alınıb.

Xəbər lenti
0