Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Bahalı neft erası başa çatdımı – ekspert şərh edir

© Sputnik / Murad OrujovNeft Araşdırmaları Mərkəzinin (NAM) rəhbəri İlham Şaban
Neft Araşdırmaları Mərkəzinin (NAM) rəhbəri İlham Şaban - Sputnik Azərbaycan
Abunə olmaq
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban deyir ki, neftin qiymətlərinin 2014-cü ildəki səviyyəyə qayıtması üçün bazarda heç bir obyektiv və subyektiv səbəblər olmalıdır
İlham Şaban: “Neftin qiyməti 65-70 dollar arasında dəyişəcək”

“Dünyada neftə olan tələbat getdikcə azalacaq, əvəzinə təbii qaz və s. enerji daşıyıcıları ön plana çıxacaq. Digər tərəfdən, ABŞ-da hasilatın artması neftin bir barelinin 100 dollara və hətta daha baha qiymətə satıldığı vaxtların bir daha rəkrarlanması ehtimalını xeyli azaldır”. Bu barədə Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak edən BP şirkətinin rəhbəri Robert Dadli bildirib.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Sputnik Azərbaycan-a deyir ki, BP rəhbəri belə bir açıqlama ilə çıxış etməsi ilk deyil:

“2016-cı ilin yanvarında keçirilən Davos Forumunda da o, belə bir fikir səsləndirmişdi. Bunun təkrarən ifadəsi fikirlərinin dəyişmədiyini göstərir. BP rəhbərliyi orta perspektivdə neftin qiymətlərinin 2014-cü ildəki səviyyəyə qayıtması üçün bazarda heç bir obyektiv və subyektiv səbəb görmür. Onlar iddia edir ki, 2025-ci ilə qədər bazardakı vəziyyətdən asılı olaraq neftin qiyməti 65-70 dollar arasında dəyişəcək”.

Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

 

Xəbər lenti
0