BAKI, 29 yanvar — Sputnik. Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumatı öz "Twitter" səhifəsində Azərbayan XİN-in rəsmi təmsilçisi Leyla Abdullayeva bildirib.
"Cenevrədə xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Minsk qrupunun həmsədrləri – Rusiyadan İqor Papov, Fransadan – Stefan Viskonti və ABŞ-dan Endryu Şeferlə görüşüb", - deyə Abdullayeva qeyd edib.
Happening now: The meeting of Foreign Minister #ElmarMammadyarov with @OSCE Minsk Group co-chairs Igor Popov🇷🇺, Stéphane Visconti 🇫🇷 and Andrew Schofer 🇺🇸 has started in #Geneva. pic.twitter.com/XetOZFZjvo
— Leyla Abdullayeva (@LAbdullayevaMFA) 28 января 2020 г.
Minsk qrupunun həmsədrləri, həmçinin Ermənistan XİN başçısı Zöhrab Mnatsakanyanla görüşüb.
Xatırladaq ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə 29-30 yanvar tarixlərində Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü keçiriləcək.
Tərəflərin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair bir sıra məsələləri müzakirə edəcəyi bildirilir.
Qeyd edək ki, sonunu dəfə nazirlər 2019-cu ilin dekabrında Bratislavada ATƏT-ə üzv ölkələrin XİN rəhbərlərinin sammiti zamanı görüşüblər.