CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sabiq Xarici İşlər nazirimiz xaricdə vəfat etdi - FOTO

© Sputnik / Irade JELILDilbər Əliyeva Dədə Qorqud qəbiristanlıqda dəfn edildi
Dilbər Əliyeva Dədə Qorqud qəbiristanlıqda dəfn edildi   - Sputnik Azərbaycan
Abunə olmaq
Keçmiş Xarici İşlər naziri İsveçrədə 82 yaşında dünyasını dəyişib. Sabiq nazir uzun illərdir bu ölkədə yaşayırdı.

BAKI, 29 yanvar — Sputnik. Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Qasımov vəfat edib.

Sputnik Azərbaycan “Report”a istinadan xəbər verir ki, o, İsveçrədə 82 yaşında dünyasını dəyişib.

Sabiq nazir uzun illərdir bu ölkədə yaşayırdı.

Qeyd edək ki, T.Qasımov 1938-ci ildə Ağstafa rayonunda anadan olub. O, 1992-1993-cü illərdə Azərbaycanın xarici işlər naziri vəzifəsində çalışıb. T.Qasımov uzun illərdir ailəsi ilə birlikdə İsveçrənin Lütsern şəhərində yaşayırdı.

Xəbər lenti
0