Ağ Ev ABŞ-ın Fələstin-İsrail münaqişəsinin nizama salınması üzrə planını elan edib. Bu barədə ABŞ prezidenti Donald Tramp Vaşinqtonda İsrailin baş naziri Binyamin Netanyahu ilə görüşdən əvvəl bildirib.
Politoloq Fikrət Sadıxov Sputnik Azərbaycan-a deyir ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə baxmayaraq, uzun illərdir İsrail-Fələstin münaqişəsi həll edilmir: “Bu iki ölkə arasında münasibətlər gərgin olaraq alır. Gərginliyi artıran bir məqam da ABŞ-ın Qüds şəhərini İsrailin paytaxtı kimi tanımasıdır. Bu addım Fələstinin maraqlarına zərbə idi. Burada bir çox ölkələrin maraqları var və düşünmürəm ki, ABŞ-ın planı bütün tərəflərin maraqlarına cavab versin. Əgər planda bütün tərəflərin maraqları nəzərə alınsa, müsbət nəticə əldə etmək olar”.
Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz