CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Daha iki marşrutda avtobuslar kart sisteminə keçəcək

© Baku Transport Agency 12 metrlik BMC Procity markalı avtobus
 12 metrlik BMC Procity markalı avtobus - Sputnik Azərbaycan
Abunə olmaq
67 nömrəli müntəzəm marşrut xətti üzrə avtobuslar "BakıKart" sisteminə keçdikdən sonra növbədə 77 və 26 nömrəli avtobuslar olacaq

BAKI, 29 yanvar — Sputnik. Yanvarın 30-dan 67 nömrəli müntəzəm marşrut xətti üzrə avtobuslar "BakıKart" sisteminə keçdikdən sonra növbədə 77 və 26 nömrəli avtobuslar olacaq. Bu barədə Sputnik Azərbaycan-a Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib.

O bildirib ki, fevraldan isə avtobusların "BakıKart"a inteqrasiyası daha da sürətlənəcək. Bu ilin birinci yarısınadək "BakıKart" sisteminə keçid prosesinin yekunlaşması gözlənilir.

M.Ağayevin sözlərinə görə, avtobusların kart sisteminə keçidi təmin olunduqdan sonra dayanacaqlarda olan nəqliyyat informasiya monitorlarının da fəaliyyəti bərpa olunacaq. Bununla sərnişinlər avtobusların gəlmə vaxtını dəqiq biləcəklər. O bildirib ki, hazırda avtobusların kart sisteminə keçidinin təmin olunması üçün ciddi işlər aparılır.

Xəbər lenti
0