CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İnsan amilinin xoşagəlməz nəticələri aradan qaldırılır, amma zəmanət yoxdur ki...

© Sputnik / Irade JELILBayıl-Bibiheybət-Badamdar yolunda vəziyyət, 29 yanvar 2020-ci il
Bayıl-Bibiheybət-Badamdar yolunda vəziyyət, 29 yanvar 2020-ci il - Sputnik Azərbaycan
Abunə olmaq
Bərkitmə işləri aparılır, yamacda istinad divarı inşa edilirBərkitmə işləri aparılır, yamacda istinad divarı inşa edilir.

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 29 yanvar — Sputnik. Ötən il noyabrın 25-də Bayıl-Bibiheybət-Badamdar yolu istiqamətində yolun şəhərə gələn hissəsində Bibiheybət məscidinin yaxınlığında torpaq sürüşməsi baş verib. Yolun 250-300 metrlik hissəsi dağılıaraq, təhlükəli vəziyyətə düşdü. Yol bağlandı, hərəkət dayandırıldı. Ölkənin rəsmiləri hadisə yerinə baş çəkərək, təhlükənin aradan qaldırılması üzrə müzakirələr apardı.

Mütəxəssislər əraziyə baxış keçirdikdən sonra bildirdilər ki, hadisəyə səbəb insan faktorudur.

Yamacda layların yatım hissəsi qərb tərəfdə olduğu üçün daima dəniz istiqamətində təzyiq olur.

Atmosfer çöküntüləri çox olduğu zaman isə torpaq ağırlaşıb və sürüşməyə səbəb olub.

© Sputnik / Irade JELILHazırda yolda təmir işləri davam etdirilir
İnsan amilinin xoşagəlməz nəticələri aradan qaldırılır, amma zəmanət yoxdur ki... - Sputnik Azərbaycan
Hazırda yolda təmir işləri davam etdirilir

Hadisədən sonra Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi yolun təmir işlərinə başladı. Əhalinin rahatlığının təmin edilməsi üçün yolun çökən hissəsi bağlanaraq, digər tərəf avtomobillərin hərəkət etməsi üçün açıldı.

Sputnik Azərbaycan xəbər verir ki, hazırda yolda təmir işləri davam etdirilir. Bərkitmə işləri aparılır, yamacda istinad divarı inşa edilir.

AAYDA-nın mətbuat katibi Anar Nəcəfli bildirib ki, yoldan aşağı hissədə 2 yerdə svay əsaslı istinad divarının inşası nəzərdə tutulub. Onlardan biri yamacın aşağı hissəsində, biri isə yamacın orta hissəsində olacaq. Bunun üçün ərazidə hazırda svay vurma işləri aparılır. Svaylar 1 metr diametrində olmaqla 2 cərgə vurulur və üzərində 4 və 6 metr hündürlükdə istinad divarı inşa ediləcək.

© Sputnik / Irade JELILYamacda istinad divarı inşa edilir
İnsan amilinin xoşagəlməz nəticələri aradan qaldırılır, amma zəmanət yoxdur ki... - Sputnik Azərbaycan
Yamacda istinad divarı inşa edilir

A.Nəcəflinin sözlərinə görə, bundan başqa yağış və qrunt sularının ərazidən kənarlaşdırılması üçün yeni drenaj və yağış-kanalizasiya sistemi yaradılacaq: "İstinad divarlarında su axınını təmin etmək üçünsə eninə istiqamətdə borular atılacaq".

O qeyd edib ki, təmir işləri may ayının axırına qədər tamamlanacaq.

© Sputnik / Irade JELIL
Bayıl-Bibiheybət-Badamdar yolunda vəziyyət, 29 yanvar 2020-ci il - Sputnik Azərbaycan
1/3
© Sputnik / Irade JELIL
Bayıl-Bibiheybət-Badamdar yolunda vəziyyət, 29 yanvar 2020-ci il - Sputnik Azərbaycan
2/3
© Sputnik / Irade JELIL
Bayıl-Bibiheybət-Badamdar yolunda vəziyyət, 29 yanvar 2020-ci il - Sputnik Azərbaycan
3/3
1/3
2/3
3/3

Xatırladaq ki, AAYDA-nın "Azəryolelmitədqiqatlayihə" institutu tərəfindən layihə hazırlanıb. Layihəyə əsasən, müvəqqəti 2 hərəkət zolağı enində yolda hərəkətin bərpası üçün ərazidə işlər aparılıb, əks-dolğu işləri görülərək torpaq yatağı və yol əsası inşa edilib.

Hazırda təhlükəsiz hərəkəti təmin etmək üçün hələlik yalnız 2 hərəkət zolağı üzrə avtonəqliyyat vasitələrinin hərəkəti təmin olunub. Digər hərəkət zolaqlarının bərpası ərazidə tikinti-bərpa işləri tam yekunlaşdıqdan sonra mümkün olacaq.

Bütün görülən işlər yaxşıdır, lakin yuxarıda qeyd olunan insan faktorunun bir daha bu ərazidə fəsadlara səbəb olmayacağına zəmanət yoxdur.

Xəbər lenti
0