BAKI, 28 yanvar — Sputnik. Türkiyənin Muğla vilayətində, Mərmərə dənizinin sahillərində 5.4 bal gücündə zəlzələ olub.
Sputnik Azərbaycan Haberturk-ə istinadən bildirir ki, zəlzələ yerli vaxtla 18:38-də baş verib. Türkiyə Fövqəladə Hallar Nazirliyinin (AFAD) verdiyi məlumata görə, təkanlar 25 kilometr dərinlikdə qeydə alınıb.
Dağıntı və tələfat barədə məlumat verilmir.
Bu, gün ərzində Türkiyədə ikinci yer titrəyişidir. Yerli vaxtla saat 14:26-da Manisa vilayətinin Qırxağac kəndində 4.8 bal gücündə zəlzələ olub.
Xatırladaq ki, bir neçə gündür Türkiyədə ardıcıl zəlzələlər olur. Elazığ və Malatya vilayətlərində 6,8 bal gücündə baş vermiş zəlzələdə 41 nəfər ölüb, 1607 nəfər xəsarət alıb.