Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

"Tam bir başıpozuqluq": bu ölkədə söz azadlığını "boğurlar"

© Sputnik / Dominik Buten / Mediabanka keçidГлава Sputnik Эстония Елена Черышева и исполнительный директор МИА "Россия сегодня" Кирилл Вышинский во время пресс-конференции "на полях" сессии Парламентской ассамблеи Совета Европы
Глава Sputnik Эстония Елена Черышева и исполнительный директор МИА Россия сегодня Кирилл Вышинский во время пресс-конференции на полях сессии Парламентской ассамблеи Совета Европы - Sputnik Azərbaycan
Abunə olmaq
Kirill Vışinski bəyan edib ki, rusiyalı jurnalistlər Latviya, Litva, Estoniya, Polşa, Almaniya, Fransa və Böyük Britaniyada repressiyalara məruz qalırlar

BAKI, 28 yanvar — Sputnik. "Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin icraçı direktoru Kirill Vışinski və Sputnik Estponiya-nın şef redaktoru Yelena Çerışeva rusiyalı jurnalistlərin Avropada sıxışdırılması və fəaliyyətinin məhdudlaşdırılması mövzusunu Avropa Şurası Parlament Assambleyasının (AŞPA) iclasında qaldırmaq üçün Strasburqa gediblər.

Пресс-центр Sputnik Эстония. Архивное фото - Sputnik Azərbaycan
Lavrov: "Sputnik Estoniya ətrafındakı vəziyyət Aİ-nin nüfuzuna ləkədir"

Söz azadlığı naminə sarı jiletlərdə

Rusiyalı jurnalistlər AŞPA-dakı həmkarlarının qarşısına Sputnik agentliyinin sarı jiletlərində çıxıblar.

"Bizim firma rənglərimiz sarı və qaradır. Anlayıram, burada, Fransada bu rəng müəyyən assosiasiyalar yaradır, ancaq biz istəyirik ki, üzərimizdəki bu jiletlər bu gün parlamentarilərin konkret insanları, hansısa konkret qanunvericilikdə konkret normaları deyil, dəyərləri müdafiə etmələri ilə bağlı həyəcanla assosiasiya olunsun", - dövlətə xəyanətdə ittihamla bağlı Ukrayna həbsxanasında bir ildən çox həbsdə yatan Kirill Vışinski deyib.

AŞPA-nın qış sessiyası çərçivəsində britaniyalı nümayəndə lord Corc Foulksun hazırladığı "Avropada KİV azadlığına və jurnalistlərin təhlükəsizliyinə təhdidlər" adlı Assambleyanın mədəniyyət, elm, təhsil və KİV komitəsinin məruzəsi müzakirə olunur. Sənəddə Rusiya jurnalistlərin təqibində və qorxudulmasında günahlandırılır, burada həmçinin KİV əməkdaşlarına münasibətdə zorakılıq problemini həll etmək üçün AŞPA-ya çağırış da yer alır.

Kirill Vışinskinin sözlərinə görə, o və Yelena Çerışeva "belə ciddi və pafoslu ada malik vacib qətnamənin qəbul edilməsi ərəfəsində deputatların nəzərinə Avropa, xüsusən də Avropa İttifaqı ərazisində rusiyalı jurnalistlərə münasibətlə bağlı qorxunc faktları çatdırmaq üçün" Rusiya nümayəndə heyətinin dəvəti ilə gəliblər.

Estoniyada yüz faizlik senzura

 Kirill Vışinski bəyan edib ki, rusiyalı jurnalistlər Latviya, Litva, Estoniya, Polşa, Almaniya, Fransa və Böyük Britaniyada repressiyalara məruz qalırlar.

"Söhbət sistematik olaraq bizim Sputnik-dən və "Rossiya Seqodnya"dan olan həmkarlarımızın akkreditasiyadan məhrum edilməsindən, onların tədbirlərə buraxılmamasından gedir. Son zamanlar iş insanlara seçdikləri redaksiyaya görə birbaşa təhdidlərə və cinayət təqibinə qədər gəlib çıxdı", - deyə "Rossiya Seqodnya" BİA-nın icraçı direktoru bildirib. 

"Mən Sputnik Estoniya-nın rəhbəri kimi hesab edirəm ki, Estoniyada tam bir başıpozuqluq hökm sürür. Avropa ölkəsi olan Estoniyada söz azadlığından söhbət belə gedə bilməz, hesab edirəm ki, orada yüz faizlik senzura qüvvədədir, baxmayaraq ki, istənilən Avropa ölkəsində olduğu kimi Estoniyada da senzura qadağandır", - deyə Yelena Çerışeva əlavə edib.

Sputnik Estoniya-nın rəhbəri vurğulayıb ki, rəsmi hökumət vəziyyətə heç cür reaksiya vermir. Baxmayaraq ki, Sputnik Estoniya-nın əməkdaşlarının böyük qismi bu ölkənin vətəndaşlarıdır.

"Mən Rusiyanın dəstəyi ilə, həmkarlarımla, Kirill Vışinski ilə beynəlxalq Avropa meydanlarında çıxış edərək hazırda Estoniyada baş verən situasiyanın mümkün olan hər kəsə çatdırılması üçün əlimdən gələni edirəm", - Çerışeva qeyd edib.

Hökumətlə dialoqa çağırış

“Rossiya seqodnya” beynəlxalq informasiya agentliyinin baş direktoru Dmitri Kiselyov - Sputnik Azərbaycan
RUSİYA
Kiselyov: "Sputnik Estoniya ilə bağlı vəziyyət təhlükəli presedent yaradır

Sputnik Estoniya ilə bağlı məsələ bu ölkədə jurnalistərə necə münasibət bəslənildiyinin bariz nümunəsinə çevrilib. Bunu RF Dövlət Dumasının beynəlxalq məsələlər üzrə komitəsinin rəhbəri, RF-in AŞPA-dakı nümayəndə heyətinin üzvü Leonid Slutski deyib.

"Biz jurnalistlərin azadlığından danışırıq. Və Sputnik Estoniya-nın başına gətirilənlər, təəssüf ki, bu ölkədə jurnalistərin azadlığına necə münasibət bəslənildiyinin bariz nümunəsinə çevrilib. Təqibin bütün növləri, eləcə də icarədara, o cümlədən Sputnik Estoniya-nın əməkdaşlarına bank xidməti göstərilməsinə görə təzyiq müasir Avropa üçün vəhşi bir haldır. Əgər bu, reallıq olmasaydı belə, bunu zarafat kimi qəbul etmək çətin olardı", - o deyib. 

Bir müddət öncə Sputnik Estoniya-nın əməkdaşları ölkənin Polis və Gömrük Mühafizəsi Departamentindən onlar 2020-ci il yanvarın 1-dən baş təşkilatla əmək münasibətlərini pozmayacaqları təqdirdə barələrində cinayət işi açılacağına dair birbaşa təhdidlər alıblar. Bu hərəkətlərin izahı kimi isə 2014-cü il martın 17-də Avropa Birliyinin Urkaynadakı hadisələrə görə bir sıra fiziki və hüquqi şəxsə qarşı tətbiq etdiyi sanksiyalar göstərilir. Ancaq Aİ-nin sanksiyaları Sputnik-in daxil olduğu "Rossiya Seqodnya" BİA-ya deyil, agentliyin baş direktoru Dmitri Kiselyova qarşı fərdi qaydada tətbiq olunub. 

Estoniya Xarici İşlər naziri Urmas Reynsalu RİA Novosti-yə verdiyi açıqlamada bildirib ki, ölkəsi Sputnik-in əleyhinə deyil, Kiselyova qarşı tətbiq edilmiş fərdi sanksiyalarla əlaqədar Aİ-nin sanksiya siyasətini yerinə yetirir.

"Biz bu problemi həll etmək üçün müxtəlif istiqamətlərdə çalışırıq, o cümlədən müxtəlif Rusiya təşkilatları bu işə cəlb edilib. Mən Estoniyada, Tallində boş ofisdə əli-qolu boş otura bilmərəm. Əgər biz sussaq, o zaman bizim məsələmizlə bağlı informasiya məkanı qapanacaq, ona görə də müntəzəm olaraq mütləq xatırlatmaq, lazım gələndə bağırmaq lazımdır. Ümid edirəm ki, ağıl üstün gələcək və Estoniya heç olmasa bu məsələni müzakirə etməyə razı olacaq. İndi isə onlar (Estoniya hökuməti) sadəcə hansısa cinayət məcəlləsini, beynəlxalq sanksiyaları özlərinə sipər edib dialoqa gəlmirlər. Mən heç olmasa, dialoqa başlamağa və hansısa konsensusa nail olmağa, onların (Estoniya hökumətinin) öz səhvini anlayacağına ümid edirəm", - Çerışeva deyib.

Yelena Çerışeva və Kirill Vışinski Strasburqda Avropa Şurasının insan haqları üzrə komissarı Dunya Miyatoviçlə də görüşüb və ona Sputnik Estoniya ilə bağlı vəziyyəti əks etdirən məktubu çatdırıblar.

2019-cu ilin dekabrında Vladimir Putin Sputnik Estoniya ətrafındakı situasiyanı şərh edərək bildirib ki, Rusiya hökuməti Sputnik-in digər ölkələrdə fəaliyyətinə dəstək vermək üçün əlindən gələni edəcək.

"Sərhədsiz reportyorlar" (RSF) beynəlxalq təşkilatından "Rossiya Seqodnya" BİA-nın məktubuna cavab olaraq bildirilib ki, onlar Estoniyada rusdilli KİV-in durumunu araşdırırlar. Məktubda "Rossiya Seqodnya" BİA Sputnik Estoniya-ya qarşı diskriminasiya siyasətinə yenidən baxılmasını xahiş edib. Bildirilib ki, o, söz azadlığının pozulmasına yönəlmiş bu bənzəri olmayan situasiyaya lazımi qiymət verməyə hazırdır. Həmçinin agentlik məktubda öz jurnalistlərinin peşəkar vəzifələrini yerinə yetirmək üçün hüquqlarının bərpa olunması üçün tədbirlər görülməsini istəyir.

Xəbər lenti
0