Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Kiselyov: "Sputnik Estoniya ilə bağlı vəziyyət təhlükəli presedent yaradır

© Sputnik / Sergey Guneyev / Mediabanka keçid“Rossiya seqodnya” beynəlxalq informasiya agentliyinin baş direktoru Dmitri Kiselyov
“Rossiya seqodnya” beynəlxalq informasiya agentliyinin baş direktoru Dmitri Kiselyov - Sputnik Azərbaycan
Abunə olmaq
"Amma sözün doğrusu, özlərini miskin aparan estonlar mediaholdinqin rəhbərinə qarşı fərdi sanksiyaları bütün mediaholdinqə tətbiq etməyi qərara aldılar - sanki dövlət təşkilatının büdcəsi mənim şəxsi, fərdi büdcəm imiş"

BAKI, 22 dekabr — Sputnik. "Sputnik Estoniya-ya qarşı sanksiyalar bütün Avropada zəncirvari reaksiyaya səbəb ola biləcək təhlükəli presedent yaradır".

Bu barədə "Rossiya Seqodnya" BİA-nın baş direktoru Dmitri Kiselyov "Rusiya 1" telekanalında yayımlanan "Vesti Nedeli" (Həftənin xəbərləri) verilişində deyib.

Kiselyov qeyd edib ki, Estoniya bu addımı 2014-cü ildə ona qarşı Aİ-nin irəli sürdüyü fərdi sanksiyalara görə atdığını iddia edir.

"Estoniya hökumətinin Sputnik-ə qarşı mövqeyinin təhlükəli olması həmçinin bununla izah oluna bilər ki, bu minvalla Avropa İttifaqının tərkibində bütün qitədə zəncirvari reaksiyanı təhrik edə biləcək presedent yarada bilər. Ona görə də Sputnik-in Tallindəki statusu heç də lokal mövzu deyil, bütöv bir qitə üçün prinsipin müəyyənləşdirilməsidir", - deyən Kiselyov vurğulayıb ki, fərdi sanksiyaları olduğundan daha geniş miqyasda təfsir etmək olmaz.

"Rossiya Seqodnya" BİA-nın baş direktoru xatırladıb ki, ATƏT-in KİV-in azadlığı məsələləri üzrə nümayəndəsi Arlem Dezir Estoniya hökumətini Sputnik-in fəaliyyətinə qarşı gərəksiz məhdudiyyətlərdən çəkinməyə çağırıb.

Dmitri Kiselyov həmçinin qeyd edib ki, onun Avropada fərdi bank hesabları yoxdur.

Председатель комитета Государственной Думы РФ по международным делам Леонид Слуцкий - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Sputnik Estoniya ətrafındakı məsələni AŞPA və ATƏT-də qaldıracaq

"Amma sözün doğrusu, özlərini miskin aparan estonlar mediaholdinqin rəhbərinə qarşı fərdi sanksiyaları bütün mediaholdinqə tətbiq etməyi qərara aldılar - sanki dövlət təşkilatının büdcəsi mənim şəxsi, fərdi büdcəm imiş", - deyən D.Kiselyov əlavə edib ki, Aİ-yə daxil olan ölkələr sırasında yalnız Estoniya sanksiyaları bu cür təfsir edir.

Bir müddət öncə Estoniya hökuməti Sputnik Estoniya redaksiyasının əməkdaşlarına əgər 1 yanvar 2020-ci ildə Rusiya KİV-dən işdən çıxmazlarsa, barələrində cinayət işi açılacağı ilə hədələyib. Bu addımı hökumət 2014-cü ildə "Rossiya Seqodnya" BİA-nın (Sputnik-in də daxil olduğu mediaqrup - red.) baş direktoru Dmitri Kiselyova qarşı tətbiq olunan sanksiyaların icra olunması zərurəti ilə əlaqələndirib. Buna rəğmən Rusiya dövlətinə məxsus "Rossiya Seqodnya" BİA-nın özü heç bir sanksiya siyahısına daxil deyil və heç bir Aİ ölkəsində onun əməkdaşlarına qarşı bu cür tədbirlər görülmür.

Rusiya XİN şəraiti çirkin adlandıraraq qeyd edib ki, Estoniya hökuməti "Rusiyanın informasiya agentliyini qısnamaqda onun işçilərini və partnyorlarını cəza tədbirləri ilə qorxutmaq kimi totalitar metodlara keçib". Rusiya Prezidenti Vladimir Putin Sputnik Estoniya ətrafında vəziyyəti şərh edərkən bildirib ki, Rusiya hökuməti Sputnik-in başqa ölkələrdə fəaliyyətini dəstəkləmək üçün əlindən gələni əsirgəməyəcək.

Xəbər lenti
0