CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Xəstəxanalarda koronavirusa görə xüsusi palatalar hazırlanacaq

© © Xiong Qi/Xinhua via AP Ухань, ситуация в связи с эпидемиологической обстановкой в Китае
 Ухань, ситуация в связи с эпидемиологической обстановкой в Китае - Sputnik Azərbaycan
Abunə olmaq
Səhiyyə naziri Oqtay Şirəliyev "Yeni "2019-nCoV" koronavirus xəstəliyinə qarşı profilaktik tədbirlərin gücləndirilməsi barədə" Əmr imzalayıb

BAKI, 28 yanvar — Sputnik. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən? 2019-cu ilin dekabr ayında ilk dəfə olaraq Çinin Uhan şəhərində naməlum mənşəli pnevmoniyanın törədicisi kimi yeni "2019-nCoV" koronavirusu aşkar edilib və onun törətdiyi xəstəliyin qeydiyyatına başlanılıb.

2020-ci ilin yanvar ayında xəstəliyin Çində alovlanması və hazırda xəstəlik hadisələrinin artıq Tailand, Cənubi Koreya, Yaponiya və digər bir sıra ölkələrdə də baş verməsi davam etməkdədir.

Девушка в медицинской маске в районе Чайна-таун в Лондоне - Sputnik Azərbaycan
Koronavirus Azərbaycana bir addım da yaxınlaşdı: bu dəfə Gürcüstanda

Bununla əlaqədar olaraq Səhiyyə naziri Oqtay Şirəliyev respublikada yeni koronavirus xəstəliyinə qarşı profilaktik tədbirlərin gücləndirilməsi məqsədilə əmr imzalayıb.

Sənəddə tibb müəssisələrində sanitariya-gigiyena, əks-epidemik rejimlərin tələblərinin yerinə yetirilməsi və dezinfeksiya tədbirlərinin həyata keçirilməsi işinin gücləndirilməsi, kəskin respirator virus infeksiyasına şübhəli xəstələrin, xüsusən uşaqların və yaşlı əhalinin hospitalizasiyası üçün xüsusi palataların ayrılması və təchiz olunmasının təmin edilməsi üçün müvafiq tapşırıqlar verilib.

Həmçinin zəruri hallarda tibb müəssisələrində məhdudlaşdırıcı rejimin tətbiq edilməsi, tibb personalının fərdi mühafizə vasitələrindən (maskalardan) istifadə etməsinin təmin olunması, dərman preparatlarının, dezinfeksiyaedici maddələrinin, həmçinin tibb personalı üçün fərdi mühafizə vasitələrinin ehtiyatının yaradılması əmrdə öz əksini tapıb.

Eyni zamanda əmrdə xəstəlik hallarının ölkəyə gətirilməsinin qarşısının alınması məqsədilə xəstəlik baş vermiş ölkələrdən gələn şəxslər üzərində tibbi müşahidənin aparılmasında Dövlət Gömrük Komitəsinin və Səhiyyə Nazirliyinin mütəxəssislərinin qarşılıqlı fəaliyyətinin təmin olunması da öz əksini tapıb.

Xəbər lenti
0