Kəssə hər kim qan izini, qurtaran dahi odur yer üzünü - Tramp Nobel mükafatı ala bilər

© AP Photo / Alex BrandonDonald Tramp, arxiv şəkli
Donald Tramp, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Fələstin tərəfi ABŞ-ın 50 milyard dollar həcmində maliyyə təklifinə baxmayaraq, bu plana qarşı çıxa bilər.

BAKI, 28 yanvar — Sputnik. Birləşmiş Ştatlar Prezidenti Donald Trampın yaxın vaxtlarda elan edəcəyi "Əsrin razılaşması" sülh qarşılığında İsrail tərəfindən Fələstin torpaqlarının anneksiyasını nəzərdə tutur. Sputnik Azərbaycan xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Trampa yaxın olan mənbələr "The New York Times" nəşrinə bildirib.

Trampın bu planı Fələstin-İsrail münaqişəsinə son qoymalıdır. Mənbələr vurğulayıblar ki, "əsrin razılaşması"na əsasən İordan çayının qərb sahilinin böyük bir hissəsi İsrailə verilə bilər. Bu isə o anlama gəlir ki, dünya birliyi və Fələstin ərazinin işğalının legitimliyini tanımalıdır.

Qeyd olunur ki, Fələstin tərəfi ABŞ-ın 50 milyard dollar həcmində maliyyə təklifinə baxmayaraq, bu plana qarşı çıxa bilər.

"The New York Times" vurğulayır ki, Tramp bunu anlayır. Lakin o, impiçment məsələsində bu razılaşmanın onun lehinə olduğunu bildirir.

Xəbər lenti
0