CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Hərarət yüksəlir

© Sputnik / Murad OrujovРассвет в Баку
Рассвет в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
Yanvarın 28-29-da Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir

BAKI, 27 yanvar — Sputnik. Yanvarın 28-nə olan hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Sputnik Azərbaycan-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu  Abşeron yarımadasında gecə 2-5, gündüz  9-12, Bakıda gecə 3-5, gündüz  10-12 dərəcə isti olacaq. Atmosfer  təzyiqi  769 mm civə sütunundan 764 mm civə sütununa enəcək, nisbi rütubət gecə 60-70, gündüz  50-55 faiz olacaq. 

Azərbaycanın rayonlarında yanvarın 28-də havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu  gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək  isti, gündüz  8-13 dərəcə  isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz  2-7 dərəcə isti  olacaq.

Tibbi-meteoroloji proqnoza əsasən, yanvarın 28-29-da Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Xəbər lenti
0