CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bir qarın çörəyə görə edam - qanunu "Şah Mat" qoymayıb

© pixabay / marybettiniblankСцена театра, фото из архива
Сцена театра, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Səhnə əsərində hadisələr yoxsul adamın xəstə qızına çörək oğurlayan zaman istəmədən bir nəfər şəxsi öldürməsi ilə başlayır. Məhkəmə zamanı cinayət törətmiş şəxsə ölüm hökmü verilir.

Kamal Almuradlı, Sputnik Azərbaycan

BAKI, 27 yanvar — Sputnik. Azərbaycanda fəaliyyət göstərən müstəqil Şah Mat Teatrı yanvarın 29-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində dünya şöhrətli fransız yazıçısı Viktor Hüqonun "Ölüm məhbusunun son günü" əsərinin motivləri əsasında "Edama məhkumun son günü" adlı tamaşasını nümayiş etdirəcək.

Sputnik Azərbaycan-a Şah Mat Teatrının mətbuat katibi Turan Etibaroğlu bildirib ki, səhnə əsəri Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə nümayiş ediləcək. Tanınmış yazıçı-şair Salam Sarvanın tərcüməsi əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru Mir Qabil Əkbərov, quruluşçu rəssamı Səbinə Abutalıbzadədir. Psixoloji dram janrında hazırlanan tamaşada teatrın istedadlı aktyoru Anar Bulut çıxış edəcək.

© © Courtesy of Şah Mat theatre“Edama məhkumun son günü” tamaşasının afişası
Bir qarın çörəyə görə edam - qanunu Şah Mat qoymayıb - Sputnik Azərbaycan
“Edama məhkumun son günü” tamaşasının afişası

Tamaşanın rejissoru Mir Qabil Əkbərov fransız dramaturqunun klassik romanına tamamilə fərqli aspektdən yanaşmağı bacarıb, maraqlı bir monotamaşa ərsəyə gətirə bilib. Səhnə əsərində hadisələr yoxsul adamın xəstə qızına çörək oğurlayan zaman istəmədən bir nəfər şəxsi öldürməsi ilə başlayır. Məhkəmə zamanı cinayət törətmiş şəxsə ölüm hökmü verilir. Tamaşa ölümə gedən yolda qəhrəmanın nələr keçirdiyini danışır. Sonda isə onu edam edirlər. Rejissorun bildirdiyinə görə, həmin adamı incidən bu cür qanunları və bu qanunların insana verdiyi fiziki ağrılardan daha çox, mənəvi ağrıları əks etdirməyə çalışıb.

Xəbər lenti
0