BAKI, 27 yanvar — Sputnik. İntensiv məşqlər zamanı piyin tez bir zamanda əriməsi və əzələ kütləsinin yığılması üçün yumurta, banan, avokado və digər ərzaqlardan istifadə etmək lazımdır.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Barselonada çıxan La Vanguardia nəşrinə həkim-diyetoloqlar Qilyermo Qomes Vera və Nuriya Monfulyeda danışıblar.
Mütəxəssislərin sözlərinə görə, yumurta onunla faydalıdır ki, onun tərkibində əzələlərə daha tez inkişaf etməyə kömək edən zülal və leysin daxildir. Bu maddələr qırmızı ətə alternativ ola biləcək toyuq ətində də var. Vegetarianlar toyuq ətini tofu pendiri ilə əvəz edə bilərlər. Tərkibində zülal olan tofu idmançılar üçün əla səhər yeməyi də ola bilər.
Diyetoloqlar iddia edirlər ki, banan tərkibində olan karbohidrata görə tez bir zamanda doyuzdurur və gün ərzində daha az aclıq hissi yaradır. Onu məşqdən əvvəl yemək, məşqdən sonra isə təbii yoqurt qəbul etmək məsləhət görülür. Bundan əlavə, məşqlər zamanı avokado və paxlalı bitkilər yemək məsləhətdir. Bu məhsullarda yüksək dərəcədə doymuş yağlar, zülal və karbohidratlar var.