CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Gəncəli diş həkimi dünyada bir ilkə imza atmaq istəyir

© Sputnik / Ilham MustafayevGəncəli diş həkimi
Gəncəli diş həkimi  - Sputnik Azərbaycan
Abunə olmaq
Bura inkvizisiya məhkəməsi muzeyinin eksponatları, yaxud tarixdə hansısa zalım hökmdarın törətdiyi dəhşətli cəzadan geriyə qalanlar deyil, sadəcə stomatoloji kabinetdir

İlham Mustafayev, Sputnik Azərbaycan

BAKI, 27 yanvar — Sputnik. Minlərlə insan sümüyünün yaratdığı piramida, Eyfel qülləsi, şahmat fiqurları. Bunlar inkvizisiya məhkəməsi muzeyinin eksponatları, yaxud tarixdə hansısa zalım hökmdarın törətdiyi dəhşətli cəzadan geriyə qalanlar deyil. Bura sadəcə stomatoloji kabinetdir və bütün bu fiqurlar həzm orqanları arasında yeganə sümük mənşəli olan dişlərdən hazırlanıb.

Maraqlı fiqurların müəllifi Gəncə şəhərində yaşayan diş həkimi Zakir Cəfərovdur. O, illərdir çəkdiyi dişləri atmayıb və onlardan müxtəlif fiqurlar hazırlayıb.

İlk baxışdan düşünmək olar ki, həkimin fiqurlar düzəldib, üzünü də dişlərlə bəzəməyə həvəsi var. Lakin Sputnik Azərbaycan-la söhbətində stomatoloq bunların tədqiqat xarakteri daşıdığını və araşdırma predmeti olduğunu söyləyib.

© Sputnik / Ilham MustafayevGəncə şəhərində yaşayan diş həkimi Zakir Cəfərov
Gəncəli diş həkimi dünyada bir ilkə imza atmaq istəyir - Sputnik Azərbaycan
Gəncə şəhərində yaşayan diş həkimi Zakir Cəfərov

"Hər bir həkim işlədiyi ərazidəki insanların xarakterik xüsusiyyətlərini, xəstəliklərini öyrənməlidir. Mən də çəkdiyim dişləri saxlayaraq onların üzərində tədqiqat aparmağa başladım. Məsələn, niyə görə Qərb bölgəsində insanlarda kariesə daha çox rast gəlinir? Ölkəmizin digər bölgələrinin əhalisilə bölgəmizin əhalisinin dişlərində nə kimi fərqlər var? Bunları araşdırmaq üçün başladım dişləri analiz etməyə. Çəkdiyim bütün dişləri topladım. Elmi tədqiqat apardım və kitab yazdım", - deyə məlumat verib.

Zakir Cəfərovun sözlərinə görə, minlərlə dişi toplayıb tədqiqat apardıqdan sonra onları atmamağı düşünüb. Bu səbəbdən dişlərdən fiqurlar düzəltmək qərarına gəlib. Bu isə ona o qədər də asan başa gəlməyib. Hər bir dişi infeksiyalardan, xəstəlikdən azad edib, fiqura yapışdırmaq üçün 1 il vaxt lazım gəlib: "Dişləri bir neçə ay xüsusi xlor birləşməli suda saxlayıram. Sonra çıxarıb yenidən dərmanlayıb quruduram və bundan sonra tam steril hala gəldikdə istifadə edirəm. Bu cür dişlərdən indiyədək 10-a yaxın fiqur hazırlamışam. Onların hər biri 1 il, bəziləri 2 ilə ərsəyə gəlib. Lakin əziyyətinə baxmayaraq, həm xəstələr üçün maraqlı olur, həm də itməməsi üçün saxlayırıq".

© Sputnik / Ilham MustafayevZakir Cəfərovun dişlərdən düzəltdiyi Eyfel qülləsi
Gəncəli diş həkimi dünyada bir ilkə imza atmaq istəyir - Sputnik Azərbaycan
Zakir Cəfərovun dişlərdən düzəltdiyi Eyfel qülləsi

Gəncəli həkim elmi araşdırmasının nəticəsi olaraq yazdığı kitablarda hər bir bölgənin xarakterik diş xəstəliklərinə toxunub. İlk kitabı stomatologiya üzrə dərman bitkiləri, ikinci kitabı isə estetika və stomatologiya haqda olub. Bundan başqa, o, dövri mətbuatda məqalələr və mövzularla çıxış edib. Həkim dişləri toplamağa davam edərək bir arzusunu da reallaşdırmaq istədiyini söyləyib.

"Diş formasında ikimərtəbəli bina tikmək istəyirəm. Birinci mərtəbə stomatoloji klinika kimi fəaliyyət göstərsin. İkinci mərtəbədə isə stomatoloji muzey olsun. Dünyada bir ilk olacaq bu muzey şəhərimizin şöhrəti üçün də önəmli olar", - deyərək gələcək planlarından danışıb.

© Sputnik / Ilham Mustafayev
Zakir Cəfərovun dişlərdən düzəltdiyi ekspozisiya - Sputnik Azərbaycan
1/3
Zakir Cəfərovun dişlərdən düzəltdiyi ekspozisiya
© Sputnik / Ilham Mustafayev
Zakir Cəfərovun dişlərdən düzəltdiyi ekspozisiya - Sputnik Azərbaycan
2/3
Zakir Cəfərovun dişlərdən düzəltdiyi ekspozisiya
© Sputnik / Ilham Mustafayev
Zakir Cəfərovun dişlərdən düzəltdiyi şahmat lövhəsi - Sputnik Azərbaycan
3/3
Zakir Cəfərovun dişlərdən düzəltdiyi şahmat lövhəsi
1/3
Zakir Cəfərovun dişlərdən düzəltdiyi ekspozisiya
2/3
Zakir Cəfərovun dişlərdən düzəltdiyi ekspozisiya
3/3
Zakir Cəfərovun dişlərdən düzəltdiyi şahmat lövhəsi

Uzun illərdir layhəsinə kimi tərtib etdiyi ideyasını Z.Cəfərov hələ ki, maddi vəsait çatışmazlığı səbəbilə reallaşdırmağa nail olmayıb.

Xəbər lenti
0