BAKI, 27 yanvar — Sputnik. Əfqanıstanda "Ariana Afghan Airlines" şirkətinə məxsus təyyarə qəzaya uğrayıb.
Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, hadisə ölkənin şərqindəki Qəznə vilayətində baş verib. Məlumata görə, təyyarənin göyərtəsində 83 nəfər var imiş.
Ariana Afghan Airlines plane crashes in Deh Yak, Ghazni #afghanistan #aviationsecurity https://t.co/YsWLlkqWX5 pic.twitter.com/WU6dLedBvp
— Horizon Intelligence (@_hozint) January 27, 2020
Qəznənin qubernatoru Arif Nuri bildirib ki, təyyarə Deh Yak rayonuna düşüb. Bu ərazi, Tolo News telekanalının məlumatına görə, taliban qruplaşmasının nəzarəti altındadır. Hadisə yerinə "xüsusi qüvvələrin" göndərildiyi deyilir.
Digər məlumata görə, təyyarə Əfqanıstan ordusuna məxsusdur.