CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycandan Çinə uçuşlar dayandırılır

© AFP 2024 / CARL COURTПассажирский самолет Boeing B787 Dreamliner, фото из архива
Пассажирский самолет Boeing B787 Dreamliner, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Fevral ayından Çinin paytaxtına reyslər dayandırılacaq və martın 8-dən başlayaraq yenidən fəaliyyətə başlayacaq

BAKI, 27 yanvar — Sputnik. Bakıdan Çinin paytaxtı Pekin şəhərinə birbaşa sərnişin aviareysi üzrə uçuşlar müvəqqəti dayandırılır.

Bu barədə Sputnik Azərbaycan-a Heydər Əliyev Beynəlxalq Aeroportundan bildirilib.

Hava limanından verilən məlumata görə, cədvəl üzrə "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) Bakı-Pekin aviareysi üzrə uçuşlar yanvarın 30-dək davam etdiriləcək, bundan sonra isə martın əvvəlinədək dayandırılacaq.

"Bu, qeyd olunan ölkədə bayramlarla əlaqədar tələbatın aşağı düşməsi ilə izah olunur. Beləliklə, əvvəlki illərdə olduğu kimi, fevral ayından Çinin paytaxtına reyslər dayandırılacaq və martın 8-dən başlayaraq yenidən fəaliyyətə başlayacaq".

Heydər Əliyev Beynəlxalq Aeroportundan həmçinin bildirilib ki, uçuşların dayandırılmasının Çindəki koronavirusla heç bir əlaqəsi yoxdur.

Xəbər lenti
0