BAKI, 27 yanvar — Sputnik. İranda 5.4 bal gücündə zəlzələ baş verib.
Sputnik Azərbaycan “İrna”ya istinadla xəbər verir ki, yeraltı təkanlar Fars vilayətinin cənub-şərqində, Şiraz şəhərində 51 kilometr aralıda qeydə alınıb.
Tehran Universitetinin Geofizika İnstitutunun Seysmoloji Mərkəzindən bildiriblər ki, təkanlar yerli vaxtla saat 16:58-də (Bakı vaxtı ilə 17:28-də) Xanə Zənyan bölgəsində baş verib. Zəlzələnin ocağı 7 km dərinlikdə olub.
Bölgəyə xilasedicilər və ekspert qrupu göndərilib.Hələlik ölən və yaralananlar barədə məlumat yoxdur.