Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Ələ keçdi - On bir evin qənimi Binəqədidə tutuldu

© Depositphotos.com / Photographee.euВор во время проникновения в чужой дом
Вор во время проникновения в чужой дом - Sputnik Azərbaycan
Abunə olmaq
Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə ərazi üzrə polis idarə, şöbə və bölmələrinə, habelə DİN-in "102" Zəng Mərkəzinə məlumat verə bilərlər.

BAKI, 27 yanvar — Sputnik. Binəqədi qəsəbəsində 11 evdən 50 min manatlıq qızıl-zinət əşyaları və 80 min manat nağd pul oğurlayan şəxs saxlanılıb.

Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin məlumatına istinadla xəbər verir ki, Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin əməkdaşları tərəfindən son bir neçə ay ərzində Binəqədi qəsəbəsi və ətraf ərazilərdə fərdi yaşayış evlərindən silsilə oğurluqlar edən şəxs ələ keçib. Keçirilən əməliyyat nəticəsində Sabunçu rayon sakini, əvvəllər məhkum olunmuş Vüsal Salamov tutularaq istintaqa təqdim edilib. Araşdırma zamanı onun təkcə Binəqədi rayonu ərazisində 11 evdən ümumi dəyəri 50 min manat olan qızıl-zinət əşyaları və 80 min manata yaxın nağd pul oğurladığı məlum olub. Vüsal Salamovun törətdiyi oğurluq hadisələrinin bir qismi ərazidə quraşdırılan təhlükəsizlik kameraları vasitəsilə də anbaan lentə alınıb.

© AR Ministry of Internal AffairsVüsal Salamov
Ələ keçdi - On bir evin qənimi Binəqədidə tutuldu - Sputnik Azərbaycan
Vüsal Salamov

Faktla bağlı saxlanılan şəxs barəsində 43-cü Polis Bölməsində toplanan materiallar Binəqədi RPİ-nin İstintaq Şöbəsinə göndərilib. V.Salmanov barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir. Bu şəxsin paytaxt ərazisində digər analoji cinayətlər etdiyi istisna olunmur. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə ərazi üzrə polis idarə, şöbə və bölmələrinə, habelə DİN-in "102" Zəng Mərkəzinə məlumat verə bilərlər.

Xəbər lenti
0