Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycana quş və quş əti məhsullarının idxalına məhdudiyyət qoyuldu

© AP Photo / Antonio CalanniРабочие птицефабрики сортируют курятину
Рабочие птицефабрики сортируют курятину - Sputnik Azərbaycan
Abunə olmaq
Yüksək patogen quş qripi və Nyukasl xəstəlikləri qeydə alındığı bölgələrdən respublikamıza diri quş və quş əti məhsullarının idxalına müvəqqəti məhdudiyyət qoyulması qərara alınıb

BAKI, 27 yanvar — Sputnik. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi xəstəliklərin qeydə alındığı bir sıra bölgələrdən diri quş və quş əti məhsullarının idxalına müvəqqəti məhdudiyyətin qoyulması haqda məlumat yayıb. Agentlikdən Sputnik Azərbaycan-a verilən məlumata görə, belə bir addımın atılması başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədi daşıyır.

Azərbaycanda quş qripi ilə bağlı epizootoloji monitorinq - Sputnik Azərbaycan
CƏMİYYƏT
Avropa ölkəsindən quş ətinin idxalına məhdudiyyət qoyulub

Məlumatda bildirilir ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı tərəfindən Hindistanın Çhattisqarx, Slovakiyanın Nitryansk və Trnava, Rumıniyanın Maramureş, Macarıstanın Haydu-Bihar və Komarom-Esterqom, Polşanın Nijnesilezsk və Zapadno-Pomorsk, Ukraynanın Vinnitsa, Çexiyanın Vısoçina, Almaniyanın Brandenburq bölgələrində yüksək patogen quş qripi xəstəliyi, Rusiya Federasiyasının Kursk vilayətində isə Nyukasl xəstəliyi müəyyən edilmişdir. Bununla əlaqədar olaraq, həmin ölkələrin yüksək patogen quş qripi və Nyukasl xəstəlikləri qeydə alındığı bölgələrindən respublikamıza diri quş və quş məhsullarının idxalına müvəqqəti məhdudiyyət qoyulması qərara alınıb.

Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə yuxarıda qeyd olunan ərazilərdən respublikamıza gələn, yaxud qeyd edilən ərazilərdən tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı gömrük-sərhəd keçid məntəqələrində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Xəbər lenti
0