CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ağciyər Xəstəlikləri İnstitutunda daha bir xəstə ölüb

© AFP 2024 / JEFF PACHOUDБольница, фото из архива
Больница, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Ötən il noyabrın 25-də sözügedən xəstəxanada 31 yaşlı Bağırova Rəhimə Tofiq qızı vəfat edib. Yanvarın 14-də isə Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda müalicə alan Qəniyev Rəşad və Qafarov Azad da dünyalarını dəyişiblər

BAKI, 27 yanvar — Sputnik. Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda daha bir xəstə ölüb.

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, Bakı sakini, 1951-ci il təvəllüdlü xanım (K.N) həmin xəstəxanada vəfat edib.

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru Həqiqət Qədirova ölüm faktını təsdiqləyib və bildirib ki, sözügedən xəstə tibb müəssisəsinə çox ağır şəkildə gətirilib: "Xəstə ötən ilin dekabr ayının 22-də xəstələnib, bir müddət evdə müalicə aldıqdan sonra bu il yanvarın 11-də ağciyərlərin xroniki obstruktivi və böyrək çatışmazlığı diaqnozu ilə xəstəxanaya müraciət edib. Aparılan müalicələrə baxmayaraq, xəstə yanvarın 22-də vəfat edib”.

Son zaman rəhbərlik etdiyi qurumda ölüm hadisələrinin çox olmasına münasibət bildirən H.Qədirova bildirib ki, Ağciyər Xəstəlikləri İnstitutu 3-cü dərəcəli xəstəxanadır: "Xəstələrə tərəfimizdən lazım olan bütün müalicələr təyin olunur. Buraya nisbətən daha ağır xəstələr göndərilir. Ağciyər xəstəlikləri ölüm səbəblərinə görə dünyada 3-cü yerdədir". 

Qeyd edək ki, ötən il noyabrın 25-də sözügedən xəstəxanada 31 yaşlı Bağırova Rəhimə Tofiq qızı vəfat edib. Yanvarın 14-də isə Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda müalicə alan Qəniyev Rəşad və Qafarov Azad da dünyalarını dəyişiblər.

Xəbər lenti
0