ABŞ-ın sərt reaksiyası – Səfirliyə 14 silahlı hücum olub

© REUTERS / THAIER AL-SUDANIДемонстранты попытались взять штурмом посольство США в Багдаде
Демонстранты попытались взять штурмом посольство США в Багдаде - Sputnik Azərbaycan
Abunə olmaq
Bu hücumların ya İran hökuməti, ya da Tehran tərəfindən dəstəklənən üsyançılar tərəfindən həyata keçirildiyi bildirilib

BAKI, 27 yanvar — Sputnik. ABŞ Dövlət Departamenti İraq rəhbərliyindən ölkə ərazisində olan xarici diplomatik nümayəndəliklərin qorunmasına dair olan öhdəliklərini yerinə yetirməyi tələb edib. Bu barədə Sputnik Azərbaycan CNN-ə istinadən xəbər verir.

Dövlət Departamenti vurğulayıb ki, bu ölkədə vəziyyət gərgin olaraq qalır və İran tərəfindən dəstəklənən qruplaşmalar hələ də təhdid mənbəyidir.

Telekanal bildirir ki, 2019-cu ilin sentyabrından İraqda olan ABŞ personalına qarşı 14 hücum həyata keçirilib. Bu hücumların ya İran hökuməti, ya da Tehran tərəfindən dəstəklənən üsyançılar tərəfindən təşkil edildiyi vurğulanır.

Qeyd edək ki, ötən gecə ABŞ-ın Bağdaddakı səfirliyi raket hücumuna məruz qalıb. Səfirlik ərazisinə üç raket atılıb ki, onlardan da biri diplomatik nümayəndəliyin restoranına düşüb. Nəticədə bir nəfər yaralanıb.

Xəbər lenti
0