Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

ABŞ Osventsim qurbanlarına və xilaskarlarına ucuz qəlp şeyi sırımaqla məşğuldur

© REUTERS / AMMAR AWADВице-президент США Майк Пенс у Стены Плача в Иерусалиме
Вице-президент США Майк Пенс у Стены Плача в Иерусалиме - Sputnik Azərbaycan
Abunə olmaq
ABŞ üçün Avropada İkinci Dünya Müharibəsi 1944-cü ildə başlayıb və bu, onlara görə kinossenari üçün materialdan başqa bir şey deyil.

Viktor Maraxovski, RİA Novosti

Osventsimin Qırmızı Ordu tərəfindən azad edilməsinin 75-ci ildönümü münasibətilə keçirilən tədbirlərdə amerikalı qonağın - ABŞ-ın vitse-prezidenti Mayk Pensin çıxışı çıxışların ən parlağı deyildi, amma ən rezonans doğuranı idi.

Президент РФ Владимир Путин на церемонии передачи ордена Мужества родственникам героя восстания пленников в лагере смерти Собибор Леона Фельдгендлера - Sputnik Azərbaycan
Putin Leninqradın mühasirəsi zamanı ölən qardaşından danışdı

Məsələ burasındadır ki, Pens elə bir söz demədi, yox, onun demədikləri inanılmaz rezonans yaratdı.

Məhz belə. ABŞ-ın vitse-prezidenti ölüm düşərgələrindəki məhbusların azad edilməsinə həsr olunmuş çıxışında Amerika əsgərlərini xatırlaması (hansı ki, orada heç olmamışdı) və sovet əsgərlərini isə xatırlamaması (hansı ki, sadəcə düşərgəni azad etməmişdilər, həm də yüzlərlə insanın həyatını xilas etmək üçün pul vermişdilər) ilə əks-səda yaratdı.

Onun təfsirində Auşvits qapıları – cəzalandırılan Rusiyadan olan "dövlət mənsubiyyəti olmayan olimpiya atletləri" sayaq adamlar - simasız "əsgərlər" tərəfindən açılmışdı.

... Burada bir şeyə diqqət yetirməyə dəyər. Prinsipcə, belə bir yanaşma, şübhəsiz ki, XX əsr tarixinin ən yeni konsepsiyası - bir neçə onilliklər əvvəl yaradılmış və olduqca əzmkarlıqla həyata keçirilmiş bir konsepsiya çərçivəsindədir.

Konsepsiya onunla bağlıdır ki, XX əsrdə Sovet İttifaqı adlı faciəli, lakin böyük tarixi olan böyük bir ölkə yox idi. Onun həyata keçirdiyi heç bir şey yox idi. Birinci Dünya Müharibəsinin külündən doğulan, bir dəstə müdaxiləçinin və yeni Şərqi Avropa mini imperatorlarının hücumuna tab gətirən, viran vəziyyətindən qurtulmuş, illərlə Hitler Almaniyası əleyhinə müttəfiq tapmağa çalışan və onu tapa bilməyən, nasistlərin hücumuna məruz qalan və qalib gələn, Osventsimi azad edib Berlini götürən bir ölkə yox idi, tarixdə ilk dəfə kosmosu fəth edən də bu ölkə deyildi.

Başqa bir ölkə var idi - cəhalətpərəst Rusiya İmperiyasından mutasiya edən, dinc Polşanı bölmək üçün Hitlerlə ittifaqa girmiş, bunun üçün pul ödəmiş, bir neçə onilliklər boyu totalitar reyxi yaşatmış, Şərqi avropalıları əsarət altına almış, insanı Aya buraxan, ancaq azad dünya ilə tarixi qarşıdurmanı uduzan totalitar Sovet İttifaqı. SSRİ dağıldı, lakin onun əsas parçası yenidən mutasiya etdi - müasir Putinin Rusiyasına. Onun axırına çıxılmayıb və o, şər toxumunu əkməyə və seçkilərə müdaxiləyə davam edir.

Gördüyümüz kimi bu konsepsiya hər hansı bir ziddiyyətdən məhrumdur, olduqca ahəngdardır.

ABŞ prezidenti devirmək üçün SSRİ ilə mübarizə planını xatırlatdı

Burada sadəcə bir problem var: XX əsrin (və həm də artıq XXI əsrin) tarixində bu Mordorun etdiyi böyük fədakarlıqlar və xeyirxah işlər var.

Konsepsiyanı pozmamağın yeganə yolu, onlar haqqında susmaqdır.

Adətən yaxşı çıxır - bildiyiniz kimi, azad dünya, illərlə milyonlarla kvadrat kilometr üzərində işığı söndürə və üstünə "burada heç nə yox idi" yaza biləcək qədər reallıqdan uzaq bir idarəetmə sisteminə sahibdir.

Almaniya üzərində qələbədən bir il əvvəl açılmış İkinci cəbhəni, uzun illər beyin yuyulması ilə birinciyə çevirmək mümkündür.

Президент РФ  Владимир Путин, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Putin SSRİ-nin dağılması səbəbini açıqlayıb

"Təcavüz edilən Almaniya" kimi öldürülməsi mümkün olmayan zombi miflərini ortaya ata bilərsiz (Berlin həmləsi faktını mükəmməl şəkildə əvəz edir).

Ancaq iş gerçək hekayəyə və məzar daşlarının üstünü cızmağa gələndə, reallıqdan uzaq idarəetmə uğursuz olmağa başlayır.

Və budur ABŞ-ın vitse-prezidenti Osventsimin azad edilməsinin xatirə günündə sadəcə dilinə "Osventsimi Qırmızı Ordu xilas edib" ifadəsinin gətirə bilmədi. Onun biabırçı proqramında bu ifadə sadəcə işlənmir, söyləmək olmaz, absurddur və ehtiyac yoxdur. Osventsim özünü azad etdi: çünki azadetmə yaxşılıqdır, ruslar isə yaxşılıq etməyi bacarmır. Nə qədər ki, Polşa əraziləri təsadüfən sovet işğalçıları tərəfindən əsarət altına alınmışdı (əsarət pis şeydir, sovet adamları bunu edə bilər), Osventsim özü azad olmuşdu.

... Əslində, eyni səbəbdən, Yerusəlimdə Polşa prezidenti yox idi. Polşa İkinci Dünya Müharibəsinin Əsas Qurbanının imici üzərində çox çalışdı (hətta "Avropanın Məsihi" kimi özünəməxsus bir adı var), onun üçün faktlar barədə Rusiya ilə bağlı sadə bir xatırlatma belə dözülməzdir.

Polşanın antisemitizm əsasında Hitlerlə necə dostluq etməyə çalışdığı və 1938-ci ildə Çexoslovakiyanı onunla necə bölüşdüyü haqqında.

Krayova Ordusunun yəhudiləri necə məhv etdiyi haqqında.

Varşava yalnız əsəbini itirdi, o, əsəbi idi. On illər boyu Xatın üçün tövbə tələb etməyə və etirazları eşitməməyə alışdı. Ona öz keçmişini xatırlatdıqlarında necə reaksiya verəcəyini bilmir.

Президент РФ Владимир Путин во время встречи с премьер-министром Израиля Биньямином Нетаньяху в резиденции премьер-министра в Иерусалиме - Sputnik Azərbaycan
RUSİYA
İsrail Putinə təşəkkür etdi – Faşizm üzərində qələbəyə görə

Lakin ABŞ əsəbi deyil. Onlar üçün, prinsipcə, Avropada İkinci Dünya Müharibəsi 1944-cü ildə başlayıb, xatırlayın, onlar müharibənin çox hissəsinə gecikdilər. Onlar üçün bu, kinossenari üçün materialdır, kinolarda isə onlar hər şeyi edə bilirlər. Orada Hitler ümumiyyətlə Paris kinoteatrında amerikalılar tərəfindən güllələnə bilər.

Yeganə problem reallığın kino olmamasıdır.

O vaxt ki, gen yaddaşı əsl müharibə ilə doymuş insanların - işgəncə verilənlərin nəsilləri, azad olunanların nəsilləri və azad edənlərin nəsilləri - arasında sevincək pozitiv görkəmli yad adam dayanır və konsepsiyaya uyğun olmadığı üçün azad edənlərin adını tələffüz etmir, ortaya nə qədər ucuz qəlp bir şeyin gəldiyi hamıya aydın olur.

Xəbər lenti
0