Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Putin Leninqradın mühasirəsi zamanı ölən qardaşından danışdı

© Sputnik / Sergey Guneev / Mediabanka keçidПрезидент РФ Владимир Путин на церемонии передачи ордена Мужества родственникам героя восстания пленников в лагере смерти "Собибор" Леона Фельдгендлера
Президент РФ Владимир Путин на церемонии передачи ордена Мужества родственникам героя восстания пленников в лагере смерти Собибор Леона Фельдгендлера - Sputnik Azərbaycan
Abunə olmaq
Vladimir Putinin fikrincə, Leninqradın mühasirəsini və Holokostu digər faciələrlə müqayisə etmək olmaz.

BAKI, 23 yanvar — Sputnik. Rusiya Prezidenti Vladimir Putin İsraildə, mühasirəyə alınan Leninqrad sakinləri və müdafiəçiləri üçün abidənin açılışında çıxışı zamanı qeyd edib ki, bu faciə onun ailəsindən də yan keçməyib. Bu barədə Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir.

"Atam cəbhədə öz doğma şəhərini qoruyurdu, anam isə mühasirəyə alınan şəhərdə 42-ci ilin qışında ölən və Peterburqda Piskarevski Memorial qəbiristanlığında dəfn olunan uşağı ilə qalmışdı. Minlərlə, yüz minlərlə digər şəhər sakinlərinin arasında", - deyə Putin vurğulayıb.

Rusiya lideri vurğulayıb ki, heç bir sənəd Böyük Vətən Müharibəsi zamanı insanların həqiqətən yaşadıqlarını çatdıra bilməz. Putinin fikrincə, Leninqradın mühasirəsini və Holokostu digər faciələrlə müqayisə etmək olmaz.

Öz çıxışını yekunlaşdırarkən prezident abidənin açılışına görə emosional şəkildə israillilərə təşəkkür edib: "Bu uzun illər, əsrlər qalacaq. Bunu müxtəlif formada açmaq olar. Lakin bunu sizin etdiyiniz kimi... Çox sağ olun!".

Xəbər lenti
0