CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qışın oğlan çağında... - Oğuzda dağlıq-meşəlik ərazidə yanğın başlayıb

© Sputnik / Leyla AbdullayevaMeşə yanğını
Meşə yanğını - Sputnik Azərbaycan
Abunə olmaq
İlkin məlumata əsasən mürəkkəb relyefli dağlıq ərazidə təqribən 1 ha sahədə quru ot və kol-kos yanır.

BAKI, 26 yanvar — Sputnik. Oğuz rayonunda, dağlıq ərazidə yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Oğuz rayonunun Xalxal kəndində, dağlıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub. Yanğının söndürülməsi işlərinə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə bölmələri cəlb edilib.

İlkin məlumata əsasən mürəkkəb relyefli dağlıq ərazidə təqribən 1 ha sahədə quru ot və kol-kos yanır.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

Xəbər lenti
0