İranın yeni qisası – ABŞ səfirliyi raketlərlə atəşə tutuldu

© REUTERS / Khalid al MousilyTerror aktı zamanı kamikadzenin olduğu avtomobil
Terror aktı zamanı kamikadzenin olduğu avtomobil - Sputnik Azərbaycan
Abunə olmaq
Tələfat və dağıntı barədə hələki məlumat yoxdur. Hücumlara görə, ərazidə həyəcan siqnalları işə düşüb. İnsanlar sığınacaqlara və təhlükəsiz ərazilərə yerləşib.

BAKI, 26 yanvar — Sputnik. İraqın paytaxtı Bağdadda yerləşən ABŞ səfirliyi hücuma məruz qalıb.

Sputnik Azərbaycan Anadolu agentliyinə istinadən xəbər verir ki, son bir neçə dəqiqə ərzində səfirlik istiqamətində 5 ədəd “Katyuşa” tipli raket atılıb. Yerli mənbələrin məlumatına görə, mərmilər “yaşıl bölgə”də yerləşən ABŞ səfirliyinin yaxınlığına düşüb. Tələfat və dağıntı barədə hələki məlumat yoxdur. Hücumlara görə, ərazidə həyəcan siqnalları işə düşüb. İnsanlar sığınacaqlara və təhlükəsiz ərazilərə yerləşib.

Hücuma görə məsuliyyəti hələlik heç bir qruplaşma üzərinə götürməsə də, mərmilərin İranın dəstəklədiyi silahlılar tərəfindən əraziyə atıldığı güman edilir.

Xəbər lenti
0