Dünyanı qorxudan açıqlama: 90 min adam virusla mübarizə aparır

© AP Photo / Mark SchiefelbeinМедицинские работники в аэропорту Пекина
Медицинские работники в аэропорту Пекина  - Sputnik Azərbaycan
İngiltərənin “Daily Mail” tabloidi isə bütün dünyanı qorxudan iddia ilə çıxış edib. Məlumata görə, Çin hökuməti xəstəliklə bağlı məlumatları gizlədir.

BAKI, 26 yanvar — Sputnik. Çin hökuməti bütün dünyanı qorxuya salan yeni koronovirusla bağlı açıqlama yayıb. Sputnik Azərbaycan xarici mediaya istinadla xəbər verir ki, Çin Milli Səhiyyə Komissiyası başqanı Ma Xiaovei virusun yayılmasının getdigcə şiddətləndiyini etiraf edib.

Пекин, ситуация в связи с эпидемиологической обстановкой в Китае - Sputnik Azərbaycan
SOS: Dəhşətli virusa yoluxan və ölənlərin sayı 2 dəfə artıb

Ma Xiaovei hər səhər mətbuat konfransı keçirərək vəziyyətlə bağlı açıqlama verəcəklərini bildirib: “Koronavirusun inkubasiya dövrü 1 gündən 14 günə qədər davam edə bilər. Bu virusun inkubasiya dövrü SARS virusundan fərqlidir”.

Qeyd edək ki, Çində peyda olan SARS  virusu 2002-2003-cü illərdə bütün dünyada 800 nəfərin ölümünə səbəb olmuşdu.

İngiltərənin “Daily Mail” tabloidi isə bütün dünyanı qorxudan iddia ilə çıxış edib. Məlumata görə, Çin hökuməti xəstəliklə bağlı məlumatları gizlədir. Sosial mediada yayılan videoda qoruyucu maska və kostyum geyən tibb bacısı xəstəliyin yayılmağa başladığı Uhan şəhərində xəstələrin sayının 100 minə çatdığını bildirib. O, məlumatın çıxmaması üçün hökumətin təzyiq göstərdiyini iddia edib: “Bu dəqiqə virusun yayılmağa başladığı yerdəyəm. Əgər dəqiqini bilmək istəyirsinizsə, hazırda Hubey əyalətində və hətta bütün Çində 90 min adam infeksiya ilə mübarizə aparır. Qorxu olmaması üçün məlumatları gizləyirlər”.

Xəbər lenti
0
Əvvəlcə yenilərƏvvəlcə köhnələr
loader
CANLI
Заголовок открываемого материала