CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Doktoranturaya və dissertanturaya qəbul imtahanı keçirilir

© AFP 2023 / FREDERICK FLORINİmtahan, arxiv şəkli
İmtahan, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Məlumat üçün bildirək ki 1382 namizəd ingilis dili üzrə, 61 namizəd fransız dili üzrə, 61 namizəd isə alman dili üzrə imtahan vermək üçün qeydiyyatdan keçib

BAKI, 26 yanvar — Sputnik. Bu gün doktoranturaya və dissertanturaya xarici dil üzrə qəbul imtahanı keçirilir. 

Kamran Əsədov - Sputnik Azərbaycan
CƏMİYYƏT
Onlar imtahan vermədən ali məktəbə qəbul oldular

Sputnik Azərbaycan xəbər verir ki, imtahan Bakı şəhərində 4, Naxçıvan şəhərində 1 binada keçirilir və saat 11:00-da başlanıb. 

İmtahanda namizədlərin xarici dilə yiyələnmə səviyyəsini yoxlayıb-qiymətləndirmək üçün aşağıdakı bloklar təqdim edilir:

1. Oxuyub-anlama bloku;

2. Dinləyib-anlama bloku;

3. Dildən istifadə bloku (leksik-qrammatik tapşırıqlar);

4. Yazı bloku (esse yazısı).

Namizədlərin yuxarıdakı ilk üç blok üzrə onlara təqdim olunacaq 40 ədəd test tapşırığının hər birinə düzgün cavabı bir balla qiymətləndirilir, səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. Esse yazısı isə maksimum 10 balla qiymətləndirilir. Beləliklə, imtahanda toplanıla biləcək maksimal bal 50-yə bərabərdir. Yuxarıda qeyd olunan hər bir blok üzrə balların minimum 20 faizini, ümumilikdə imtahandan isə azı 25 bal toplamış namizədlər keçid balını toplamış hesab edilir və fəlsəfə imtahanına buraxılırlar.

Mövsüm başladı, DİM sınaq imtahanlarına start verdi

İmtahan suallarının cavablandırılmasına və essenin yazılmasına ümumilikdə 2 saat 30 dəqiqə (o cümlədən test tapşırıqlarının cavablandırılmasına 1 saat 30 dəqiqə, esse yazılmasına 1 saat) vaxt ayrılır.

Məlumat üçün bildirək ki 1382 namizəd ingilis dili üzrə, 61 namizəd fransız dili üzrə, 61 namizəd isə alman dili üzrə imtahan vermək üçün qeydiyyatdan keçib. Dövlət İmtahan Mərkəzinə müvafiq sertifikatını təqdim etmiş 35 namizəd isə xarici dil imtahanından azad olunub.

İmtahanların idarə olunması üçün 14 imtahan rəhbəri, 143 zal nəzarətçisi ayrılıb.

Xəbər lenti
0