Azerbaijan FolkJazz Quintet qrupunun musiqiçiləri konserin anonsunu verəndə vəd etmişdilər ki, gecə yaddan çıxmayacaq. Onlar sözlərinin üstündə durdular: Bakıda keçirilən Rebirth of balaban (Balabanin dirçəldilməsi) həm ənənəvi musiqisevərlərin, həm də cazı xoşlayanların ürəyincə olub.
İstedadlı musiqiçilər müasir caza çox maraqlı qədim aləti sintez edə biliblər. Qrupun üzvü Nicat Məsimovu isə əsl virtuoz adlandırmaq olar. Balabanda ustad ifa nəticəsində yaranan səslər tamaşaçıları heyrətə gətirib.
Balaban musiqi aləti azərbaycanlıların, özbəklərin və bəzi Şimali Qafqaz xalqlarının xal alətidir. Mingəçevir şəhəri yaxınlığında sümükdən düzəldilmiş nəfəs musiqi aləti tapılıb. Bizim eramızdan əvvəlı birinci əsrə aid olan bu alət balabanın prototipi sayılır.