Azyaşlı qız məktəbə anasının oyuncağını apardı və biabır oldu

© pixabay / SkitterphotoДевочка во дворе дома, фото из архива
Девочка во дворе дома, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Hadisədən sonra qadın pöz şəxsi əşyaları gizlədib və qızına başa salıb ki, başqalarının əşyalarına əl vurmaq olmaz.

BAKI, 26 yanvar — Sputnik. Amerikanın Pensilvaniya ştatında azyaşlı uşaq məktəbə təsadüfən anasının seks-oyuncağını aparıb,

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, 5 yaşlı Mayla Eyzenhauer anasının şəxsi əşyaları arasında üzük formalı vibrator taparaq onu məktəbə aparıb. Qız bütün gün seks-oyuncağını əlində gəzdirib. Qayıdanda isə onu sinif yoldaşına verib. Bir müddət sonra 26 yaşlı ana Kala Manili qızının rəfiqəsinin anasından mesaj alaraq baş verən haqqında xəbərdar olub.

"Mən bilmirdim nə edim. Həyatda heç vaxt belə utanmamışdım. On dəqiqə telefonun ekranlına baxıb, cavab barəsində düşündüm" - Manili etiraf edib.

Daha sonra qadın sakitləşib və üzr istəyərək bildirib ki, vibrator yenidir və istifadə edilməyib.

"Məın sevindim ki, qızımın rəfiqəsinin anası məni başa düşdü və qalmaqal yaratmadı" - o bildirib.

Hadisədən sonra qadın öz şəxsi əşyaları gizlədib və qızına başa salıb ki, başqalarının əşyalarına əl vurmaq olmaz.

"Danışqıdan sonra o üzr istədi. Ümid edirəm ki, bu ona dərs olacaq" - ana qeyd edib.

Xəbər lenti
0