SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Məhərrəm Zülfüqarlı: “Plakatını yapışdırıb nəyəsə ümid edən namizədlər var”

© © REPORTAVCİYA seçki qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı
AVCİYA seçki qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı deyir ki, hazırda müxtəlif üsullarla təbliğat kampaniyaları aparılır
Məhərrəm Zülfüqarlı: “Builki seçki kampaniyası əvvəlkilərdən fərqlənir”

Azərbaycan Milli Məclisinə seçkilərdə iştirak etmək üçün 2431 nəfər müraciət edib. Hazırda deputatlığa namizədlərin sayı 1479 nəfərdir.

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı Sputnik Azərbaycan-a deyir ki, bu dəfəki təbliğat kampaniyasında namizədlər pullu efir vaxtından istifadə etmirlər:

“Əksər namizədlər təbliğat işlərini sosial şəbəkələrdə və internet televiziyalarında həyata keçirirlər. Hazırda müxtəlif üsullarla təbliğat kampaniyaları aparılır. Namizədlərin arasında təbliğat işlərini qərb standartlarında quranlarla yanaşı, plakatını yapışdırıb nəyəsə ümid edənlər də var. Builki seçki kampaniyası əvvəlkilərdən fərqlənir”.

Qeyd edək ki, Azərbaycanda Milli Məclisə növbədənkənar seçkilər fevralın 9-da keçiriləcək.

Məhərrəm Zülfüqarlının geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0